Bank of Baku: BOLKART-la AL, BALA-BALA ödə! Azərbaycan Beynəlxalq Bankının xəbərləri

Milli.Az / Siyasət

Nazir Elmar Məmmədyarov Moldovanın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib

02 Avqust 2010 [20:57] - MİLLİ.AZ
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Moldova Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri İqor Bodyunu qəbul edib.

XİN-in mətbuat xcidmətindən Milli.Az-a daxil olan məlumata görə, etimadnamənin surətini təqdim edən İ.Bodyu ölkəmizə səfir təyin olunmasından məmnun olduğunu qeyd edib. Ölkələrimiz arasında bir sıra sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensialın mövcud olduğunu vurğulayan qonaq Moldova-Azərbaycan əlaqələrinin dərinləşməsi istiqamətində çalışacağını bildirib.

Öz növbəsində nazir E.Məmmədyarov ölkəmizə səfir təyin olunması münasibətilə moldovalı diplomatı təbrik edib və işlərində müvəffəqiyyətlər arzulayıb.

Milli.Az
URL: http://www.milli.az/news/politics/17997.html

Səhvlər barədə məlumat vermək

Çap üçün versiya

Oxunub: 463

Dosta tövsiyə

  • Sizin A.S.A.:
  • Sizin E-mail ünvanınız:
  • Dostunuzun A.S.A.:
  • Dostunuzun E-mail ünvanı: