Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti toplantısı keçirilib.
APA-nın məlumatına görə, iclasda seçki dairələrinin sərhədlərinin müəyyən edilməsi üzrə komissiyanın yenidən formalaşdırılması məsələsinə baxılıb. MSK katibi Natiq Məmmədov bildirib ki, qanuna uyğun olaraq komissiya yenidən formalaşmalı və həmin komissiyaya MSK sədrinin yeni müavini sədrlik etməlidir. Komissiyaya Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin, Bakı şəhər İcra Hakimiyyətinin, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş üzrə Mərkəzinin, MSK-nın Təşkilat Şöbəsinin və “Seçkilər” İnformasiya Mərkəzinin təmsilçiləri daxil olacaq.
İclasda 73 saylı Lənkəran şəhər, 22 saylı Nəsimi II, 13 saylı Əzizbəyov I və digər seçki dairələrinin dairə seçki komissiyalarının tərkibinə dəyişiklik edilib.
Milli.Az