Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) növbəti qurultayını keçirmək üçün müvafiq yer ayrılması üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət hazırlayır.
Partiya sədrinin müavini Nurəddin Məmmədli
APA-ya bildirib ki, partiyanın növbəti qurultayının avqustun sonlarında keçirilməsi nəzərdə tutulub. Rayon təşkilatlarının konfranslarında qurultaya 700-ə yaxın nümayəndənin seçildiyini deyən N. Məmmədli ayrılacaq zalın da buna uyğun olmasını arzu etdiklərini söyləyib: “Müraciətdə Opera və Balet Teatrı və buna uyğun başqa yerlərin ayrılması məqsədəuyğun sayılacaq”.
Milli.Az