Bank of Baku: BOLKART-la AL, BALA-BALA ödə! Azərbaycan Beynəlxalq Bankının xəbərləri

Milli.Az / Siyasət

ATƏT-in Bakı ofisinin rəhbəri MSK-nın sədri ilə görüşdü

11 Avqust 2010 [19:10] - MİLLİ.AZ
Avqustun 11-də ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Əli Bilge Cankorel Mərkəzi Seçki Komissiyasında sədr Məzahir Pənahovla görüşüb.
MSK-nın mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, görüşdə qarşıdan gələn seçkilərlə bağlı Mərkəzi Seçki Komissiyası ilə ATƏT arasında əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.  MSK sədri seçicilərin, aşağı seçki komissiyaları üzvlərinin və seçki prosesində iştirak edəcək digər subyektlərin maarifləndirilməsi prorqamının davam etdirildiyini bildirmiş, avqustun ikinci yarısından etibarən bu sahədə görülən işlərin intensivləşəcəyini diqqətə çatdırıb.

O, bildirib ki, qeyd olunan dövrdə, televiziyalarda seçki hüququ ilə bağlı maarifləndirici verilişlər hazırlanaraq efirə veriləcək, dövri nəşrlərdə də bu səpkili materillar çap etdiriləcək.  Bundan əlavə, yaxın vaxtlarda cənab Prezidentin “Azərbaycan Respublikasında insan hüquqlarının müdafisəi üzrə Milli Fəaliyyət Planınının təsdiq edilməsi haqqında” Sərəncamına uyğun olaraq dairə və məntəqə seçki komissiyalarının üzvləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılımış kurslar təşkil ediləcək.

Görüşdə ATƏT-in Bakı ofisi ilə birgə keçiriləcək tədbirlər barədə də müzakirələr aparılıb.

Milli.Az
URL: http://www.milli.az/news/politics/18733.html

Səhvlər barədə məlumat vermək

Çap üçün versiya

Oxunub: 740

Dosta tövsiyə

  • Sizin A.S.A.:
  • Sizin E-mail ünvanınız:
  • Dostunuzun A.S.A.:
  • Dostunuzun E-mail ünvanı: