Avqustun 12-də Azərbaycan Prezidenti İlham Əliyev Qusar rayonuna səfəri çərçivəsində Bakı-Rusiya Federasiyası sərhədi yolunun üzərində yerləşən Şabran dairəvi yolu və körpü kompleksinin açılışında iştirak edib. Prezident İlham Əliyev Şabran dairəvi yolu və körpü kompleksinin açılışını bildirən lenti kəsib.
Dövlətimizin başçısı inşaatçıları təbrik edərək deyib:
- Salam. Sizi körpünün açılışı münasibətilə təbrik edirəm. Gözəl, nadir körpüdür. Bu, Azərbaycanda son illər ərzində tikilən körpülərin içərisində ən uzun körpüdür. Yəni bu, onu göstərir ki, Azərbaycan şirkətləri belə böyük layihələri icra etməyə qadirdir. Çox şadam ki, yerli şirkət bu işi böyük keyfiyyətlə görübdür. İndi yol həm rahatlıq gətirəcək, həm də bunun təhlükəsizlik baxımından böyük əhəmiyyəti vardır. Artıq Şabranın içindən yol keçməyəcək və təhlükəsizlik baxımından da bunun böyük əhəmiyyəti vardır.
Azərbaycanın inkişafı üçün yol tikintisi çox mühüm rol oynayır. Bütün istiqamətlərdə yollar tikilir - kənd yolları, şəhərlərarası yollar, magistral yollar. Azərbaycanın inkişafına bunun çox böyük dəstəyi, köməyi vardır. Bu, çox böyük maliyyə vəsaiti tələb edən layihələrdir və yola qoyulan investisiyalar öz iqtisadi səmərəsini bəlkə 10 ildən, 15 ildən sonra verəcəkdir. Amma bizim üçün əsas odur ki, ölkəmizin inkişafı təmin olunsun, bütün regionlarda müasir infrastruktur yaradılsın. Yol tikintisi hər bir bölgənin iqtisadi inkişafını şərtləndirən amillərdən biridir. Mən əminəm ki, bu yolun istismarı nəticəsində bütün bu bölgədə, şimal bölgəsində iqtisadi inkişaf, sənaye müəssisələrinin yaradılması, turizmin inkişafı daha da sürətlə gedəcəkdir. Nəzərə alsaq ki, Quba-Qusar bölgəsində turizm potensialımız çox böyükdür, orada böyük işlər görülür, Azərbaycanda ən böyük turizm mərkəzi yaradılır – bu yolun yüksək səviyyədə olması əlbəttə ki, turizmin inkişafına da kömək göstərəcəkdir.
Bütövlükdə Azərbaycanda son illər ərzində yol tikintisinə çox böyük diqqət göstərilir və bu işlərlə məşğul olan bütün qurumlar – dövlət qurumları, özəl şirkətlər bütün işləri çox yüksək peşəkarlıqla görürlər. Bu işlər göz qabağındadır. Bunları danmaq, görməmək mümkün deyildir. Azərbaycan vətəndaşları hər gün görülən bu işləri görürlər və ondan istifadə edirlər.
Bütün bu işlərə görə mən sizə minnətdarlığımı bildirmək istəyirəm, uğurlar arzulayıram. Əminəm ki, gələcəkdə Azərbaycanda yol tikintisi sahəsində hələ çox işlər görüləcəkdir. Bizdə bütün proqramlar, planlar, maliyyə resursları vardır. Bir şey qalır ki, bütün bu işlər yüksək keyfiyyətlə və qısa müddət ərzində görülsün. Bir daha bu gözəl hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm. Bir daha demək istəyirəm, məni ən çox sevindirən odur ki, bütün bu işləri yerli şirkətlər, yerli fəhlələr, mühəndislər, işçilər görüblər. Əminəm ki, siz bundan sonra da bütün işləri yüksək keyfiyyətlə görəcəksiniz. Sağ olun.
***
Sonra dövlətimizin başçısı sükan arxasına əyləşib avtomobili özü idarə edərək Bakı–Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun əsaslı şəkildə yenidən qurulmuş 131-165-ci kilometrlik hissəsinin açılış mərasiminə gəldi.
_____________________________
Azərbaycan Prezidenti İlham Əliyev avqustun 12-də Qusar rayonuna səfəri
çərçivəsində Şahdağ qış-yay turizm kompleksində tikinti işlərinin gedişi
ilə tanış olmuşdur.
Dövlətimizin başçısına məlumat verildi ki,
Şahdağ qış-yay turizm kompleksinin tikintisi dağ xizək idmanı, digər qış
idman növləri ilə məşğul olmaq üçün geniş imkanlar yaradacaqdır. Ümumi
sahəsi 2 min hektardan çox olan kompleksin tikintisi 4 mərhələdə həyata
keçiriləcəkdir. Birinci mərhələdə vacib kommunikasiya xətləri çəkiləcək,
11 qaldırıcı, xizək yolları, süni göl və qar avadanlığı
quraşdırılacaqdır. 312 yerlik beşulduzlu, 346 yerlik dördulduzlu, 282
yerlik üçulduzlu hotellərin və kiçik yaylaq evlərinin, kotteclərin
tikilməsi planlaşdırılır.
İkinci mərhələdə qaldırıcılar şəbəkəsinin
və idman qurğularının, kotteclərin tikintisi və bağların salınması
nəzərdə tutulur.
Üçüncü mərhələ isə, əlavə xizək yollarının
salınmasını və yaşayış zonasının genişləndirilməsini əhatə edir. Dəniz
səviyyəsindən iki min metr yüksəklikdə tikiləcək mərkəzdə 5 min işçi
çalışacaqdır.
Kompleksin ərazisində tennis, futbol və basketbol
meydançaları, örtülü idman qurğuları, akvapark və hovuzlar olacaqdır.
İstirahətə gələnlərə piyada, at ilə gəzinti və digər xidmətlər təklif
ediləcəkdir. Kompleksdə müxtəlif uzunluqda 21 buraz yolu çəkiləcəkdir.
Burada xizəkçilərin tam təchizatla xizək yolunun zirvəsinə çatdırılması
üçün kürsü tipli qaldırıcı qurğulardan istifadə olunacaqdır. İsveçrənin
“Swiss Town Consult” şirkəti tərəfindən kompleksin inkişafının Turizm və
Texniki Konsepsiyası hazırlanmış, geoloji işlər aparılmışdır.
Mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev Prezident İlham Əliyevə kompleksə
daxil olan mehmanxanaların dizayn və interyer elementləri, tikinti
zamanı istifadə ediləcək materiallar barədə ətraflı məlumat verdi.
Tikilməkdə olan otelin otaqlarından birinin interyer və dizayn
elementləri ilə tanış olan dövlətimizin başçısı tərtibat zamanı istifadə
ediləcək materialların nümunələrinə baxdı.
Prezident İlham Əliyev
aşağı baza, yuxarı baza və işçilərin yaşayacağı binanın tikintisi ilə də
tanış oldu. Aşağı bazada qısamüddətli, yuxarı bazada uzunmüddətli
qonaqların qalacağı bildirildi. Mərkəzin tikintisində hazırda 3 min işçi
çalışır.
Dövlətimizin başçısı İlham Əliyev uca nöqtədən tikinti
aparılan ərazini seyr etdi. Kompleksin baş planı və eskiz layihəsinə
baxan Prezidentə məlumat verildi ki, hazırda birinci mərhələdə elektrik,
su və qaz, kanalizasiya, rabitə xətlərinin çəkilməsinə başlanılmışdır.
Kompleksin ərazisində lift bazası, restoran, xizək məktəbi daxil
olmaqla, 5 ulduzlu 7 mərtəbəli otelin inşası davam edir. Buraz yolları,
lift dayanacaqları və xizək enişləri ilə bağlı bir sıra işlər həyata
keçirilir. Kompleksə gələn yolun yüksək və müasir standartlar
səviyyəsində tikintisi də sürətlə gedir. Ərazidən keçən çayların
üzərində yeni müasir körpülər və suötürücü qurğular inşa olunur.
Dövlətimizin
başçısı kompleksə gələn yolun salınması və kommunikasiya xətlərinin
çəkilməsi, tikintinin müasir standartlar səviyyəsində aparılması ilə
bağlı tapşırıq və tövsiyələrini verdi.
_______________________19:38Prezident İlham Əliyev avqustun 12-də “Qusar-1” su elektrik stansiyasının təməlqoyma mərasimində iştirak etmişdir.
İnşaatçılar dövlətimizin başçısını hərarətlə qarşıladılar.
“Azərenerji” ASC-nin sədri Etibar Pirverdiyev Prezident İlham Əliyevə məlumat verərək bildirdi ki, dövlətimizin başçısı respublikada 2010-cu ili alternativ enerji mənbələrinin istifadəsi və ekologiyanın yaxşılaşdırılmasında kəskin dönüş ili elan etmişdir. Prezident İlham Əliyevin 2009-cu il 16 noyabr tarixli Sərəncamı ilə kiçik su elektrik stansiyalarının respublikada geniş tətbiq edilməsi məqsədilə xüsusi proqramların hazırlanması “Azərenerji” ASC-yə tapşırılmışdır.
Kiçik su elektrik stansiyalarının tikintisi bir tərəfdən elektrik enerjisinin istehsalında yanacağa qənaət edilməsinə, digər tərəfdən isə ətraf mühitin sağlamlaşdırılmasına imkan verir.
Layihənin əsas komponentləri haqqında dövlətimizin başçısına ətraflı məlumat verildi. Burayaxüsusi su hovuzu, hər birinin uzunluğu 577 metr, diametri 900 millimetr olan 3 boru xətti, turbin zalı, ümumi gücü 1 MVt olan 3 hidroturbin və hidrogenerator, 10 kV-luq yarımstansiya və elektrik verilişi xətləri daxildir.
Tikintinin 2011-ci ilin ikinci yarısında başa çatdırılması nəzərdə tutulur. İnşaat işləri yerli “Azenco” şirkəti tərəfindən həyata keçiriləcəkdir.
Layihənin icrası nəticəsində Qusar rayonunun Urva kəndi yaxınlığında inşa edilən su elektrik stansiyasında ildə 7 milyon kilovatt/saat elektrik enerjisi istehsal olunacaqdır.
Prezident İlham Əliyev gilizi təmələ buraxdı, beton qarışığı tökdü.
Dövlətimizin başçısı inşaatçıları və energetikləri təbrik etdi, onlara tapşırıq və tövsiyələrini verdi.
--------------------------------------18:45Prezident İlham Əliyev avqustun 12-də Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun əsaslı şəkildə yenidən qurulan 131-165-ci kilometrlik hissəsinin açılışında iştirak edib.
Nəqliyyat naziri Ziya Məmmədov məlumat verdi ki, asfalt-beton örtüklü yolun istismara verilən hissəsinin uzunluğu 34 kilometr, eni 7,5 metrdir. İki hərəkət zolaqlı yolda körpülər də əsaslı şəkildə yenidən qurulub.
Prezident İlham Əliyev rəmzi açılışı bildirən lenti kəsib. Dövlətimizin başçısına burada quraşdırılmış Çıraqqala tarixi memarlıq abidəsinin və qədim Şabranın maketi barədə də məlumat verilib.
Prezident İlham Əliyev inşaatçıları təbrik edib, tapşırıq və tövsiyələrini verib.
----------------------------------18:17Azərbaycan Prezidenti İlham Əliyev avqustun 12-də Qusar rayonuna səfəri çərçivəsində Şahdağ qış-yay turizm kompleksində işlərin gedişi ilə tanış olub.
Dövlətimizin başçısına məlumat verilib ki, Şahdağ qış-yay turizm kompleksinin tikintisi dağ xizək idmanı, digər qış idman növləri ilə məşğul olmaq üçün geniş imkanlar yaradacaq.
Ümumi sahəsi 2 min hektardan çox olan kompleksin tikintisi 4 mərhələdə həyata keçiriləcək. Birinci mərhələdə vacib kommunikasiya xətləri çəkiləcək, 11 qaldırıcı, xizək yolları, süni göl və qar avadanlığı quraşdırılacaq. 312 yerlik beşulduzlu, 346 yerlik dördulduzlu, 282 yerlik üçulduzlu hotellərin və kiçik yaylaq evlərinin, kotteclərin tikilməsi planlaşdırılır.
İkinci mərhələdə qaldırıcılar şəbəkəsinin və mədəni-idman qurğularının, kotteclərin tikintisi və bağların salınması nəzərdə tutulur. Üçüncü mərhələ isə, əlavə xizək yollarının salınmasını və yaşayış zonasının genişləndirilməsini əhatə edir.
Avstriyalı mütəxəssislərin layihəsi əsasında bütün fəsillərdə qar yağdırmaq üçün xüsusi aparat və su anbarı yaradılacaq. Dəniz səviyyəsindən iki min metr yüksəklikdə tikiləcək mərkəzdə 5 min işçi çalışacaq.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev səfərbərlik sahəsi haqqında məlumat verərək bildirdi ki, kompleksin inşasında çalışanlar üçün burada hər cür şərait yaradılmışdır. Burada, həmçinin, texnika və tikinti materiallarının yerləşdiyi anbarlar da vardır.
Prezident İlham Əliyevə kompleksə daxil olan mehmanxanaların dizayn və interyer elementləri, tikinti zamanı istifadə ediləcək materiallar barədə də ətraflı məlumat verilib.
Dövlətimizin başçısı tikintinin müasir standartlar səviyyəsində aparılması ilə bağlı tapşırıq və tövsiyələrini verib.
***
Prezident İlham Əliyev avqustun 12-də "Samur" gömrük-buraxılış məntəqəsinin açılışında iştirak edib.
Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev dövlətimizin başçısına raport verib.
Prezident İlham Əliyev açılışı bildirən lenti kəsib və müasir standartlar səviyyəsində tikilmiş yeni gömrük buraxılış məntəqəsi ilə yaxından tanış olub.
Aydın Əliyev və Dövlət Sərhəd Xidmətinin sədri Elçin Quliyev dövlətimizin başçısına məlumat veriblər ki, inşasına 2008-ci ildə başlanmış məntəqənin ümumi sahəsi 5 hektardır ki, bunun da 11500 kvadratmetrində binalar və qurğular yerləşir.
Gömrük məntəqəsinin ərazisində müvəqqəti saxlanc yerləri və anbarlar, yeməkxana, inzibati bina, kinoloji xidmət üçün otaq inşa edilib.
Məntəqədə yüklərə və nəqliyyat vasitələrinə baxış ən müasir tələblər səviyyəsində həyata keçirilir. Burada quraşdırılan xüsusi rentgen aparatı dünyanın ən aparıcı dövlətlərində istifadə edilir. Bütün yüklər aparatın monitorunda aydın görünür. Bu isə qaçaqmalçılar tərəfindən daşınan yüklərin aşkarlanması ilə yanaşı, həm də gömrük xidmətinə öz işini müasir tələblər səviyyəsində qurmağa imkan yaradır. Gömrük-buraxılış məntəqəsi bütün zəruri avadanlıqla tam təmin edilib.
Diqqətə çatdırılıb ki, burada ixrac və idxal gömrük nəzarəti xətləri vardır. Gömrük-buraxılış məntəqəsində "bir pəncərə" sistemi tətbiq edilib. Burada yük-maliyyə, yol vergiləri şöbələrinin əməkdaşları da çalışırlar. Sanitar-karantin, fitosanitar və baytar nəzarəti xidmətlərinin də fəaliyyət göstərdiyi terminalın ərazisində geniş abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb.
Məntəqənin inzibati binasında nəzarət otağı fəaliyyət göstərir. Burada gömrük yoxlamaları prosesini, habelə terminala daxil olan vətəndaşlar və nəqliyyat vasitələrini izləmək mümkündür.
Gömrük-buraxılış məntəqəsi ilə yaxından tanış olan Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verib.
------------------------------------17:22Azərbaycan Prezidenti İlham Əliyev avqustun 12-də Samur-Həzrə yolunun açılışında iştirak edib.
Qusar rayon ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi hərarətlə qarşıladılar. Dövlətimizin başçısı rəmzi açılışı bildirən lenti kəsdi.
Məlumat verildi ki, Prezident İlham Əliyevin 2009-cu il 27 avqust tarixli Sərəncamı ilə yolun yenidən qurulmasına dövlət başçısının ehtiyat fondundan 6,5 milyon manat vəsait ayrılıb.
Uzunluğu 23 kilometr, eni 6 metr olan yol 16 min nəfərə qədər əhalinin yaşadığı 27 kənd və qəsəbəni birləşdirir. Yol Samur qəsəbəsindən başlanır və Həzrə kəndindən sonra üç istiqamətdə - Həzrə-Mucuq, Həzrə-Sudur, Həzrə-Zuxul istiqamətlərində davam edir.
Yeni yolun istifadəyə verilməsi münasibətilə qusarlıları təbrik edən Prezident İlham Əliyev onlara gələcək işlərində uğurlar arzuladı, tapşırıq və tövsiyələrini verdi.
Qusarlıların minnətdarlığını dövlətimizin başçısına çatdıran rayon sakini Məsud Qədimov Qusarın inkişafına, sosial problemlərin aradan qaldırılmasına göstərdiyi diqqət və qayğıya görə təşəkkür etdi.
Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə xatirə şəkli çəkdirdi.
-----------------------------16: 50Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 12-də Qusar rayonuna gəlib.
Dövlətimizin başçısı əvvəlcə Qusar şəhər mərkəzindəki Heydər bağında ulu öndərin abidəsini ziyarət edərək, önünə gül dəstəsi qoyub.
/AzərTac/