Bank of Baku: BOLKART-la AL, BALA-BALA ödə! Azərbaycan Beynəlxalq Bankının xəbərləri

Milli.Az / Siyasət

Azərbaycan deputatları ABŞ Senatının nümayəndəsi ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edirlər

14 Avqust 2010 [14:06] - MİLLİ.AZ
Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvləri ABŞ Senatının Xarici əlaqələr komitəsinin əməkdaşı Marik Strinqlə görüşdə antiterror fəaliyyəti və Dağlıq Qarabağ münaqişəsini müzakirə edib.
Bu barədə Milli Məclisin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Görüş zamanı Parlamentin komitə üzvü Səyavuş Novruzov Azərbaycanla ABŞ arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini bildirərək qeyd edib ki, Azərbaycan ABŞ-ın Cənubi Qafqazda əsas strateji tərəfdaşlarından biridir.

"ABŞ-da baş verən 11 Sentyabr hadisələrindən sonra, Azərbaycan antiterror fəaliyyətinə qoşulan ilk ölkələrdən biridir. İndiyədək Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Kosova, İraq və Əfqanıstanda sülhyaratma əməliyyatlarında uğurla iştirak edərək bu işə töhfələrini veriblər", - Novruzov bildirib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verən Səyavuş Novruzov işğal olunmuş ərazilərimizin silah qaçaqmalçılığı, terrorçu qrupların hazırlanması, narkotik maddələrin yetişdirilməsi, eləcə də radioaktiv tullantıların basdırılması üçün poliqona çevrildiyini qonağın diqqətinə çatdırdı.

Marik Strinq Azərbaycanın ABŞ-la strateji müttəfiqlik əlaqələrində nümayiş etdirdiyi qətiyyətə və sadiqliyə görə təşəkkürünü bildirib və komitə üzvlərini maraqlandıran bir sıra məsələlərə aydınlıq gətirib.

/Trend/
URL: http://www.milli.az/news/politics/18966.html

Səhvlər barədə məlumat vermək

Çap üçün versiya

Oxunub: 902

Dosta tövsiyə

  • Sizin A.S.A.:
  • Sizin E-mail ünvanınız:
  • Dostunuzun A.S.A.:
  • Dostunuzun E-mail ünvanı: