Bank of Baku: BOLKART-la AL, BALA-BALA ödə! Azərbaycan Beynəlxalq Bankının xəbərləri

Milli.Az / Siyasət

DUİ Müsavat partiyası ilə əməkdaşlığına yenidən baxa bilər

14 Avqust 2010 [15:18] - MİLLİ.AZ
Müsavat və Xalq Cəbhəsi partiyaları hər hansı bir saziş imzalayarsa, Demokratiya Uğrunda İttifaq "Müsavat"la olan münasibətlərinə yenidən baxacaq.
Bu barədə Trend-ə DUİ üzvu - Klassik Xalq Cəbhəsi Partiyasının təşkilat şöbəsinin müdiri Xəzər Teyyub bildirib.

"Müsavatla DUİ arasında niyyət protokolu imzalanıb. DUİ bu protokola sadiqdir və öz fəaliyyətini bu razılıq əsasında qurur. "Müsavat AXCP ilə belə bir saziş imzalayacağı təqdirdə, münasibətlərə yenidən baxıla bilər", - Teyyub əlavə edib.

AXCP ilə Müsavat Partiyası Parlament seçkisi ərəfəsində seçki blokunun yaradılması barədə danışıqlar aparır.

Azərbaycanda Parlament seçkilərinin 2010-cu ilin noyabr ayının 7-də keçiriləcəyi gözlənilir. Bundanəvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda Parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində keçirilir.

KXCP funksioneri "Müsavat"la bəzi seçki dairələrində razılıq olduğunu da deyib.

"20-yə yaxın dairədə namizədlərin birgə dəstəklənməsi ilə bağlı razılıq əldə edilib. Digər dairələrdə namizədlərin razılaşdırılmasına dair danışıqlar gedir. Mən inanmıram ki, "Müsavat"ın belə bir məqamda AXCP ilə saziş imzalayacağı mümkün olsun", - Teyyub bildirib.

Milli.Az
URL: http://www.milli.az/news/politics/18975.html

Səhvlər barədə məlumat vermək

Çap üçün versiya

Oxunub: 1032

Dosta tövsiyə

  • Sizin A.S.A.:
  • Sizin E-mail ünvanınız:
  • Dostunuzun A.S.A.:
  • Dostunuzun E-mail ünvanı: