Bank of Baku: BOLKART-la AL, BALA-BALA ödə! Azərbaycan Beynəlxalq Bankının xəbərləri

Milli.Az / Siyasət

AŞ PA deputatları Mübariz İbrahimovun cəsədinin qaytarılmaması ilə bağlı məlumamlandırılıblar

21 Avqust 2010 [14:43] - MİLLİ.AZ
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun cəsədinin qaytarılmaması ilə bağlı Avropa Şurası Parlament Assambleyasının (AŞPA) deputatları məlumatlandırılıblar.
Bu barədə AzərTAc-a Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov məlumat verib.

O, bildirib ki, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov işğal altında olan torpaqlarımızı müdafiə edərək şəhid olub: “Çox təəssüf, neçə müddətdir ki, Mübariz İbrahimovun cəsədi ermənilərdədir. İşğalçı ölkə rəsmiləri müxtəlif hiyləgər bəhanələrlə cəsədin Azərbaycana verilməsinə əngəllər yaradırlar. Belə hərəkətlər ermənilərin iç üzünün əsl mahiyyətini ortaya qoyur. Bu, bir daha təsdiq edir ki, Ermənistan təcavüzkar dövlətdir. Cəsədi qaytarmamaqla Ermənistan sivil, insani və bütün başqa beynəlxalq qanunları pozur. Bu məlumat artıq bütün dünyaya bəllidir. Bu istiqamətdə dayanmadan işlər gedir və AŞPA-nın deputatlarının da bu məsələdən məlumatları var. Dağlıq Qarabağdan danışarkən, ümumiyyətlə, bütün məsələlərdən - insan faciəsindən, ekoloji məsələlərdən, Ermənistanın qeyri-konstruktiv hərəkətlərindən, sərhəddə baş verən hadisələrdən söhbət açırıq. Biz də çalışırıq ki, qəhrəmanımızın cəsədinin qaytarılmasına və erməni vandalizminin mahiyyətinin açılmasına nail olaq”.

Milli.Az
URL: http://www.milli.az/news/politics/19468.html

Səhvlər barədə məlumat vermək

Çap üçün versiya

Oxunub: 1099

Dosta tövsiyə

  • Sizin A.S.A.:
  • Sizin E-mail ünvanınız:
  • Dostunuzun A.S.A.:
  • Dostunuzun E-mail ünvanı: