Bank of Baku: BOLKART-la AL, BALA-BALA ödə! Azərbaycan Beynəlxalq Bankının xəbərləri

Milli.Az / Siyasət

Nazir Elmar Məmmədyarov Salzburqda keçirilən konfransda iştirak edir

21 Avqust 2010 [16:48] - MİLLİ.AZ
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov "Salzburq Triloqu elmi konfransı: 21-ci əsrdə etik bazar iqtisadiyyatları üçün birliklərin inşası. Avropadan, Qara dəniz və onun hüdudlarından kənarda keyfiyyətli artımın perspektivlərinə baxış" adlı konfransda iştirak edir.

Konfrans Avstriyanın Salzburq şəhərində keçirilir.

Konfrans Avstriyanın Avropa və Beynəlxalq Əlaqələr Federal Nazirliyinin təşkilatçılığı ilə təşkil olunub.

Konfransda bir sıra Avropa dövlətlərinin xarici işlər nazirləri, dövlət rəsmiləri, dünyanın aparıcı elmi mərkəzlərinin ekspert və rəhbərlərinin iştirakı nəzərdə tutulub. İştirakçılar "Maliyyə və bazar iqtisadiyyatının iflası", "Etik bazar iqtisadiyyatları üçün birliklərin inşası" və "Arxitekturanın dəyişdirilməsi və siyasətin həyata keçirilməsi" mövzuları ətrafında fikir mübadiləsi aparacaqlar.

Konfransda nazir E.Məmmədayrovun təklif edilən mövzulara aid çıxışları nəzərdə tutulub.

/Trend/
URL: http://www.milli.az/news/politics/19483.html

Səhvlər barədə məlumat vermək

Çap üçün versiya

Oxunub: 495

Dosta tövsiyə

  • Sizin A.S.A.:
  • Sizin E-mail ünvanınız:
  • Dostunuzun A.S.A.:
  • Dostunuzun E-mail ünvanı: