Bank of Baku: BOLKART-la AL, BALA-BALA ödə! Azərbaycan Beynəlxalq Bankının xəbərləri

Milli.Az / Siyasət

Azərbaycan Prezidenti ukraynalı həmkarını təbrik edib

23 Avqust 2010 [19:13] - MİLLİ.AZ
Azərbaycan Prezidenti İlham Əliyev Ukrayna Prezidenti Viktor Yanukoviçə ölkəsinin Milli bayramı münasibətilə təbrik məktubu ünvanlayıb.
"Milli bayram - Müstəqillik Günü münasibətilə Sizi və dost Ukrayna xalqını Azərbaycan xalqı adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm. Sevindirici haldır ki, Azərbaycan ilə Ukrayna arasında ənənəvi dostluq və tərəfdaşlıq münasibətləri bu gün hərtərəfli və dinamik inkişaf edir. Əminəm ki, həm ikitərəfli, həm də regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığımızın genişlənməsi və dərinləşməsi bundan sonra da ölkələrimizin və xalqlarımızın mənafeyinə, regionda sülh, sabitlik və tərəqqi işinə xidmət edəcəkdir", - təbrik məktubunda deyilir.

İlham Əliyev Viktor Fyodoroviçə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, dost Ukrayna xalqına firavanlıq və tərəqqi diləyib.

/AzərTAc/
URL: http://www.milli.az/news/politics/19584.html

Səhvlər barədə məlumat vermək

Çap üçün versiya

Oxunub: 672

Dosta tövsiyə

  • Sizin A.S.A.:
  • Sizin E-mail ünvanınız:
  • Dostunuzun A.S.A.:
  • Dostunuzun E-mail ünvanı: