Türkiyə NATO karvanının öz sərhədi vasitəsilə Ermənistana keçməsinə razılıq verməsə, NATO-nun 11-17 sentyabr üçün nəzərdə tutulmuş təlimləri ləğv oluna bilər. Bu barədə Türkiyə XİN-in Avrasiya ölkələri üzrə departamentinin rəhbəri Mehmet Fatih Ceylan bildirib.
"Nəzəri olaraq Türkiyə lazımi avadanlıqların buraxılışı üçün icazə verməyə və sərhədi açmaya bilər. Lakin bu, təbii fəlakətlə mübarizəyə hazırlıq üçün FHN-in hərbi xarakter daşımayan təlimləri olacaq", - türkiyəli diplomatı
Trend-ə telefon vasitəsilə bildirib.
Onun sözlərinə görə, əgər NATO Ermənistanda təlim üçün Türkiyə ərazisindən hərbi-texniki avadanlıqlar keçirmək niyyətində olsaydı, Ankara buna icazə verməzdi. "Təlimlərin FHN çərçivəsində keçiriləcəyini nəzərə alaraq, Türkiyə təlimlər üçün NATO avadanlıqlarının keçirilməsi məqsədilə müvəqqəti olaraq sərhədi açacaq", - Ceylan deyib.
"Ssenari belədir ki, Ermənistanda zəlzələ baş verir və NATO qüvvələri lazımi yardım göstərmək üçün oraya yollanır", - Ceylan "belə təlimlərin keçirilməsi üçün Türkiyə təşkilatın üzvü kimi NATO qüvvələrini öz sərhədindən keçirməyə bilməz" fikrini əlavə edərək bildirib. "Lakin mövcud addım Türkiyənin Ermənistanla sərhədi rəsmi şəkildə açdığını söyləmir", - diplomat bildirib.
Ölkələr arasında sərhədlər 1993-cü ildə Yerevanın qondarma "erməni soyqırımı"nın dünyada tanınması üçün iddiaları və Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ərazisini işğalı ilə əlaqədar olaraq bağlanıb.
Milli.Az