Bank of Baku: BOLKART-la AL, BALA-BALA ödə! Azərbaycan Beynəlxalq Bankının xəbərləri

Milli.Az / Siyasət

Gəncədə qadın seçicilərlə bağlı beynəlxalq konfrans keçirilib

26 Avqust 2010 [18:06] - MİLLİ.AZ
“ELS” Mustəqil Araşdırmalar Mərkəzi Gəncədə “Qadınların seçici fəallığının artırılmasında beynəlxalq təcrubənin tətbiqi” layihəsi çərçivəsində beynəlxalq konfrans keçirib.
Milli.Az-ın verdiyi xəbərə görə, tədbir, ABŞ-nın Azərbaycandakı səfirliyinin Demokratiya Komissiyasının Kiçik Qrantlar Proqramının dəstəyi ilə reallaşıb.

Layihənin məqsədi, qadınların ictimai və siyasi həyatda irəli çəkilməsi, regionlarda parlament seçkiləri ərəfəsində seçkilərlə bağlı seçmək və seçilmək hüquqları, o cümlədən qadınların qərar qəbuletmə prosesində iştirakı və s. məsələlərin gündəmə gətirilməsi, habelə, seçicilərin hüquqi maarifləndirilməsi, bu istiqamətdə fəaliyyət göstərən beynəlxalq təşkilatların təcrübəsindən bəhrələnməklə Azərbaycanda vətəndaş fəallığının stimullaşdırılması və qadınların ictimai həyatda iştirak səviyyəsinin artırılmasına dəstək olmaqdır.

Tədbirdə “ELS” Araşdırmalar Mərkəzinin direktoru İradə Yaqubova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Hafiz Namazov, Gəncə şəhər İçra Hakimiyyətinin ictimai-siyası struktur bölməsinin müdiri Ruslan Qardaşov, “Bələdiyyələrin fəaliyyətinin təbligi” İctimai Birliyinin sədri Vuqar Tofiqli, Gəncə Regional Mərkəzinin baş məsləhətçisi Səbuhi Abbasov, Demokratik Seçkilərə Dəstək Mərkəzinin prezidenti Çingiz Dadaşov, “Qadınlar bələdiyyələrin inkişafı ugrunda” İctimai Birliyinin sədri Lyudmila Xəlilova,habelə, “ABŞ-ın Seçıcı Qadınları Liqası”nın proqram rəhbəri Zaida Arquedas, müstəqil politoloq, fəlsəfə doktoru Ksandra Keyden, Bolqariyanın “Avropa Layihələri” Assosiasiyasının sədri Mariya Tençeva, ABŞ–ın Qlobal Məsələlər Forumunun prezidenti Key Maksvel, İnsan Hüqüqları üzrə Müvəkkilinin (Ombudsmanı), yerli QHT-lərin, beynəlxalq təşkilatların rəsmiləri, Gəncə və gərb bölgəsi rayonlarının fəal qadınları və KİV təmsilçiləri iştirak edirdilər.

Sevda Babayeva
Milli.Az
URL: http://www.milli.az/news/politics/19809.html

Səhvlər barədə məlumat vermək

Çap üçün versiya

Oxunub: 1032

Dosta tövsiyə

  • Sizin A.S.A.:
  • Sizin E-mail ünvanınız:
  • Dostunuzun A.S.A.:
  • Dostunuzun E-mail ünvanı: