Bank of Baku: BOLKART-la AL, BALA-BALA ödə! Azərbaycan Beynəlxalq Bankının xəbərləri

Milli.Az / Siyasət

Məzahir Pənahov: “Seçkilərlə maraqlanan beynəlxalq qurumların mütərəqqi, konstruktiv fikirləri təqdir olunur”

27 Avqust 2010 [18:56] - MİLLİ.AZ
“ATƏT-in Bakı ofisi də daxil olmaqla seçkilərlə maraqlanan digər beynəlxalq qurumların fəaliyyəti Mərkəzi Seçki Komissiyası tərəfindən həmişə izlənilir”.
APA-nın məlumatına görə, bu fikirləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov ATƏT-in Bakı Ofisinin parlament seçkiləri ilə bağlı avqustun 26-da açıqladığı tövsiyələrə münasibət bildirərkən deyib. MSK sədri bildirib ki, beynəlxalq təşkilatların mütərəqqi, konstruktiv fikirləri təqdir olunur: “Hərdən ola bilər ki, onların müəyyən hərəkətləri, addımları bizi qane etmir. Ancaq buna baxmayaraq, mən həmişə MSK adından bu qurumlara minnətdarlığımı bildirirəm. ATƏT-in Bakı Ofisi Azərbaycanda keçirilən son bir neçə seçkidə kifayət qədər fəallıq göstərib”.

Qeyd edək ki, ATƏT-in Bakı Ofisi avqustun 24-də Bakıda keçirilən dəyirmi masada səslənən təklifləri ümumiləşdirərək qarşıdan gələn parlament seçkilərinin işıqlandırılmasına dair tövsiyələr hazırlayıb. Həmin tövsiyələr avqustun 26-də açıqlanıb.

Milli.Az
URL: http://www.milli.az/news/politics/19892.html

Səhvlər barədə məlumat vermək

Çap üçün versiya

Oxunub: 964

Dosta tövsiyə

  • Sizin A.S.A.:
  • Sizin E-mail ünvanınız:
  • Dostunuzun A.S.A.:
  • Dostunuzun E-mail ünvanı: