Bank of Baku: BOLKART-la AL, BALA-BALA ödə! Azərbaycan Beynəlxalq Bankının xəbərləri

Milli.Az / Siyasət

İqtidaryönlü partiya seçkilərə blok şəklində getmək istəyir

28 Avqust 2010 [12:45] - MİLLİ.AZ
İqtidaryönlü Ana Vətən Partiyası (AVP) da seçkilərə blok şəklində getmək niyyətindədir.
Bu barədə Trend-ə AVP sədri Fəzail Ağamalı bildirib: “Seçki kampaniyasının başlanmasına 10 günə yaxın bir vaxt var. Siyasi proseslər elə bir vəziyyətə gələ bilər ki, məqsədimiz, fəaliyyətimiz və strateji hədəflərimiz bir olan partiyalarla blok yarada bilərik. Bu, istisna olunmur”.

Fəzail Ağamalı birlikdə blok yarada biləcəkləri partiyaların da adını çəkib: “O partiyalarla biz bloka girə bilərik ki, həmin partiyaların partiya olaraq AVP-nin imkanları qədər imkanları olsun və ən azı ona bərabər olsun. Biz potensialımızı onların qələbəsinə xərcləməyək. Bu partiyalar Demokratik İslahatlar, Sosial Rifah və Vətəndaş Birliyi partiyaları ola bilər”.

Qeyd edək ki, Azərbaycanda parlament seçkilərinin 2010-cu il noyabrın 7-də keçiriləcəyi gözlənilir.

Milli.Az
URL: http://www.milli.az/news/politics/19935.html

Səhvlər barədə məlumat vermək

Çap üçün versiya

Oxunub: 900

Dosta tövsiyə

  • Sizin A.S.A.:
  • Sizin E-mail ünvanınız:
  • Dostunuzun A.S.A.:
  • Dostunuzun E-mail ünvanı: