Türkdilli Ölkələrin Parlament Assambleyası (TürkPA) noyabrda Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə etmək niyyətindədir.
TürkPA-nın baş katibi Ramil Həsənov AzərTAc-a bildirib ki, artıq məsələ ilə bağlı Azərbaycanın müvafiq qurumlarına müraciət olunub. O, Azərbaycan tərəfinin bu təşəbbüsə müsbət münasibət göstərəcəyinə əmin olduğunu deyib.
Baş katibin sözlərinə görə, bu barədə məsələ dəqiqləşəndən sonra TürkPA-ya daxil olan dövlətlərin nümayəndələrindən ibarət missiyanın tərkibi müəyyən olunacaq və o, Azərbaycandakı parlament seçkilərini müşahidə edəcəkdir.
Milli.Az