Bank of Baku: BOLKART-la AL, BALA-BALA ödə! Azərbaycan Beynəlxalq Bankının xəbərləri

Milli.Az / Siyasət

Sergey Lavrov: “Xəzərin təhlükəsizlik məsələlərinə dair saziş sahilyanı ölkələrin Bakı sammitində imzalana bilər”

30 Avqust 2010 [21:57] - MİLLİ.AZ
“Rusiya Xəzərin dibinin bölgüsünə dair Azərbaycan və Qazaxıstanla razılıq əldə edib. Lakin bu ərazidə su hövzəsi və hava məkanı hələ bölüşdürülməyib. Üzərində aktiv işi davam etdirdiyimiz Xəzərin hüquqi statusu haqqında Konvensiyanın predmeti məhz bu olmalıdır”.

“Praym-Nyus”un yaydığı məlumata görə, bu bəyanatla Rusiyanın xarici işlər naziri Sergey Lavrov çıxış edib. XİN başçısı bildirib ki, yekun razılaşmalar əldə olunmadığına görə, 1921 və 1940-cı illərdə imzalanmış SSRİ-İran müqavilələri hələ də qüvvədədir: “Lakin yeni Konvensiyanın imzalanmasını aktuallaşdıran əsas məqam artıq 20 ildir Xəzər sahilində 3 yeni müstəqil dövlətin fəaliyyət göstərməsidir. Bütün Xəzəryanı ölkələrin maraqlarını təmin edəcək razılaşmaların əldə olunması vacibdir. Rusiya kompromislərə, milli sektorların mövcudluğunun zəruriliyini qəbul etməyə hazırdır. Yalnız bu şərtlə ki, sərbəst gəmilərin sərbəst hərəkət hüququ inkar edilməsin və balıq ovu o səviyyədə aparılsın ki, Xəzərdə bioloji ehtiyatlar tükənməsin”.

Xəzərin təhlükəsizlik məsələlərinə dair sazişə toxunan Lavrov bildirib ki, sənədin hazırlıq işləri ən yaxın günlərdə başa çatacaq və saziş Azərbaycan paytaxtında keçiriləcək sammitdə imzalana bilər.

/APA/
URL: http://www.milli.az/news/politics/20036.html

Səhvlər barədə məlumat vermək

Çap üçün versiya

Oxunub: 817

Dosta tövsiyə

  • Sizin A.S.A.:
  • Sizin E-mail ünvanınız:
  • Dostunuzun A.S.A.:
  • Dostunuzun E-mail ünvanı: