Bank of Baku: BOLKART-la AL, BALA-BALA ödə! Azərbaycan Beynəlxalq Bankının xəbərləri

Milli.Az / Siyasət

Səfirlik: “ABŞ Azərbaycanda keçiriləcək parlament seçkilərinə böyük önəm verir”

30 Avqust 2010 [21:23] - MİLLİ.AZ
Amerika Birləşmiş Ştatları payızda Azərbaycanda keçiriləcək parlament seçkilərinə böyük önəm verir.

Trend-in məlumatına görə, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin siyasət şöbəsinin rəhbəri cənab Rayan Kempbel və demokratiya və insan haqları üzrə müşavir xanım Brijit Buşe Azərbaycanın müxalif Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə ilə keçirdikləri görüş zamanı bildiriblər. Görüş zamanı səfirliyinin nümayəndələri tərəfindən qeyd olunub ki, ABŞ hökuməti bu seçkiləri diqqətdə saxlayacaq. Qonaqlar, həmçinin, ABŞ-ın fundamental azadlıqların və insan hüquqlarının qorunmasında Azərbaycana bundan sonra da öz dəstəyini əsirgəməyəcəyini və bununla bağlı hökümətlə və vətəndaş cəmiyyəti ilə əməkdaşlıq edəcəyini deyiblər.

Öz növbəsində AMİP sədri Yusif Bağırzadə seçki və seçkiqabağı mühit barədə rəhbərlik etdiyi partiyanın mövqeyini çatdırıb. Bağırzadə bildirib ki, AMİP payızda keçiriləcək parlament seçkilərinə ciddi hazırlıq işlərinə start verib: “Ölkədə demokratik inkişafın və hüquqi cəmiyyətin qurulması seçkilərdən birbaşa asılıdır. Məhz buna görə də rəhbərlik etdiyim siyasi təşkilat həmişə seçkilərə xüsusi önəm verib”.

Qeyd edək ki, Azərbaycanda parlament seçkilərinin 2010-cu il noyabrın 7-də keçiriləcəyi gözlənilir.

Milli.Az
URL: http://www.milli.az/news/politics/20050.html

Səhvlər barədə məlumat vermək

Çap üçün versiya

Oxunub: 404

Dosta tövsiyə

  • Sizin A.S.A.:
  • Sizin E-mail ünvanınız:
  • Dostunuzun A.S.A.:
  • Dostunuzun E-mail ünvanı: