Bank of Baku: BOLKART-la AL, BALA-BALA ödə! Azərbaycan Beynəlxalq Bankının xəbərləri

Milli.Az / Siyasət

Əli Əhmədov YAP-çı gəncləri internetdəki sosial şəbəkələrdə aktiv olmağa çağırıb

01 Sentyabr 2010 [15:01] - MİLLİ.AZ
Yeni Azərbaycan Partiyasının (YAP) Nizami rayon təşkilatının qərargahında YAP rəhbərliyi ilə parlament seçkilərində ilk dəfə səs verəcək partiya üzvləri arasında görüş keçirilib.
APA-nın xəbərinə görə, görüşdə YAP-ın icra katibi Əli Əhmədov, onun müavinləri Mübariz Qurbanlı və Siyavuş Novruzov, YAP İdarə Heyətinin üzvü Kərim Kərimov, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev iştirak ediblər.

Əli Əhmədov YAP üzvlərinin sayının 520 mini keçdiyini, onlardan 40%-nin gənclərdən ibarət olduğunu deyib. O, gəncləri 7 noyabrda keçiriləcək parlament seçkilərində səs verməklə yanaşı, partiyanın namizədlərinin təşviqatı işində iştirak etməyə də çağırıb. Ə. Əhmədov YAP-çı gəncləri internetdə sosial şəbəkələrə qatılarkən öz mövqelərini ortaya qoymağı, yalnız oxucu deyil, aktiv iştirakçı olmağı da tövsiyə edib.

Tədbirdə parlament seçkilərində ilk dəfə səs verəcək bəzi YAP-çı gənclərin çıxışları olub.

Milli.Az
URL: http://www.milli.az/news/politics/20190.html

Səhvlər barədə məlumat vermək

Çap üçün versiya

Oxunub: 1055

Dosta tövsiyə

  • Sizin A.S.A.:
  • Sizin E-mail ünvanınız:
  • Dostunuzun A.S.A.:
  • Dostunuzun E-mail ünvanı: