Ermənistan kütləvi informasiya vasitələrinin (KİV) məşhur Fransa aktyoru Jerar Depardyenin Dağlıq Qarabağa səfəri haqqında məlumatı təsdiq olunmayıb.
Azərbaycanın Fransadakı səfirliyi bəzi araşdırmalardan sonra fransız aktyorun Dağlıq Qarabağa nəzərdə tutulmuş səfəri barədə heç bir dəlil əldə etməyib. Bu barədə
Trend-ə Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov bildirib.
Məşhur fransız aktyoru Jerar Depardye ilk dəfə bu il Ermənistan və Dağlıq Qarabağda keçirilməsi planlaşdırılan "Karot" III beynəlxalq festivalına gəlməyə söz verib. Bu barədə erməni KİV Ermənistan Mədəniyyətinin İnkişafı Fondunun prezidenti, "Karot" festivalının prezidenti Meso İgityana istinadən yazıb. Festivalın keçirilməsi sentyabrın 2-nə nəzərdə tutulub.
Azərbaycan Xarici İşlər Nazirliyi səfirliyə bu məlumata aydınlıq gətirməklə bağlı müraciət edib. Səfirliyin apardığı kiçik araşdırmalardan sonra Ermənistan KİV-in bu məlumatı öz təsdiqini tapmayıb.
Milli.Az