Bank of Baku: BOLKART-la AL, BALA-BALA ödə! Azərbaycan Beynəlxalq Bankının xəbərləri

Milli.Az / Siyasət

Gürcüstan Azərbaycanlıları Konqresi təhsil nazirinə müraciət edəcək

02 Sentyabr 2010 [14:23] - MİLLİ.AZ
Gürcüstan Azərbaycanlıları Konqresi (GAK) ölkənin təhsil müəssisələrində yeni 2010-2011-ci dərs ilindən etibarən müsəlman dini bayramları ilə əlaqədar tətillərin tətbiq olunmasını məqsədəuyğun hesab edir.
Belə ki, yeni dərs ilindən başlayaraq Gürcüstanın təhsil müəssisələrində həftəlik pasxa tətilləri tətbiq olunacaq. GAK sədri Əli Babayev hesab edir ki, Gürcüstanın Təhsil və Elm Nazirliyi təhsil müəssisələrində pasxa tətillərini tətbiq edərkən ölkədə yaşayan 700-800 min müsəlmanı da nəzərə almalı idi. “Bu məsələyə aydınlıq gətirilməsi ilə əlaqədar GAK təhsil və elm naziri Dmitri Şaşkinə müraciət edəcək. GAK pravoslav bayramlarına hörmətlə yanaşır, lakin hesab edir ki, pasxa tətillərinin tətbiq olunması ilə bağlı qərar qəbul olunarkən müsəlman əhalisinin də hüquqları nəzərə alınmalı idi”, - Əli Babayev deyib.    

Qeyd edək ki, Gürcüstanda sentyabrın 15-də başlayacaq yeni dərs ili 2 semestrə bölünüb. Onların arasındakı tətillə yanaşı məktəblilərə həftəlik pasxa tətili də veriləcək.

Milli.Az
URL: http://www.milli.az/news/politics/20279.html

Səhvlər barədə məlumat vermək

Çap üçün versiya

Oxunub: 996

Dosta tövsiyə

  • Sizin A.S.A.:
  • Sizin E-mail ünvanınız:
  • Dostunuzun A.S.A.:
  • Dostunuzun E-mail ünvanı: