Bank of Baku: BOLKART-la AL, BALA-BALA ödə! Azərbaycan Beynəlxalq Bankının xəbərləri

Milli.Az / Siyasət

Prezident Dmitri Medvedev: "Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində fəal rolunu davam etdirəcəkdir" - YENİLƏNİB-FOTO

02 Sentyabr 2010 [21:51] - MİLLİ.AZ
Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycanda rəsmi səfərdədir.
21:51

Sentyabrın 2-də Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin və xanımı Svetlana Medvedevanın şərəfinə rəsmi ziyafət təşkil edilib.

Dövlət başçıları ziyafətdə nitq söyləyib.

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya dövlətinin başçısını ölkəmizdə salamladı. Rusiya və Azərbaycan prezidentlərinin qarşılıqlı səfərlərinin ikitərəfli münasibətlərin inkişafına təkan verdiyini bildirən dövlətimizin başçısı İlham Əliyev dedi ki, hər səfər münasibətlərimizdə yeni səhifə açır. Ölkələrimiz qədim tarixə, xalqlarımız ortaq dəyərlərə malikdir.

Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan ilə Rusiya siyasi, iqtisadi və digər sahələrdə səmərəli əməkdaşlıq qurub və bu səfər çərçivəsində imzalanacaq sənədlər münasibətlərimizin gələcək inkişafında mühüm rol oynayacaqdır. 2009-cu ildə dünya iqtisadi böhranının ağır nəticələrinə baxmayaraq, Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin artdığını və mühüm nəticələrin əldə olunduğunu deyən Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Rusiyanın rolundan danışdı. Dövlətimizin başçısı ölkələrimizin humanitar sahədə səmərəli əməkdaşlıq qurduğunu, bütün bunların isə münasibətlərimizdə vacib amillər olduğunu dedi.

Rusiya Prezidenti Dmitri Medvedev Azərbaycanı Rusiyanın strateji tərəfdaşı adlandırdı və bildirdi ki, səfər zamanı imzalanacaq sənədlər dostluq münasibətlərini daha da möhkəmləndirəcək, eyni zamanda, ikitərəfli normativ hüquqi bazanın güclənməsinə xidmət edəcəkdir. Ölkələrimizin iqtisadi sahədə güclü əməkdaşlıq qurduğunu deyən Dmitri Medvedev müasir dünyada təhlükəsizlik məsələsinin mühüm amil olduğunu vurğuladı və bildirdi ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində fəal rolunu davam etdirəcəkdir.

Dmitri Medvedev ölkəmizdə rus dilinə və mədəniyyətinə göstərilən diqqətdən məmnun olduğunu, eyni münasibətin Rusiyada yaşayan böyük Azərbaycan diasporuna da göstərildiyini vurğuladı. Rusiya dövlətinin başçısı dəvətə və yüksək qonaqpərvərliyə görə Azərbaycan Prezidentinə təşəkkürlərini çatdırdı.


***

Azərbaycanda rəsmi səfərdə olan Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev sentyabrın 2-də Şəhidlər xiyabanını ziyarət edib. Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və nümayəndə heyətinin üzvləri ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman Azərbaycan övladlarının məzarlarını ziyarət etdilər.

Rusiyanın dövlət başçısı "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Rusiyanın və Azərbaycanın dövlət himnləri səsləndi.
AIi qonağa Şəhidlər xiyabanının tarixi və paytaxtımızda görülən abadlıq-quruculuq işləri barədə məlumat verildi.

Prezident Dmitri Medvedev Azərbaycan paytaxtının mənzərəsini maraqla seyr etdi.

***

Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev sentyabrın 2-də Azərbaycana rəsmi səfərə gəlib.

Hər iki ölkənin dövlət bayraqlarının asıldığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevi Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.

_________________________

20:45

Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev sentyabrın 2-də Fəxri xiyabana gəlib.

Rusiya dövlətinin başçısı xalqımızın ümummilli lideri, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Dmitri Medvedev görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə tər güllər düzüb.

/AzərTAc/







URL: http://www.milli.az/news/politics/20323.html

Səhvlər barədə məlumat vermək

Çap üçün versiya

Oxunub: 2282

Dosta tövsiyə

  • Sizin A.S.A.:
  • Sizin E-mail ünvanınız:
  • Dostunuzun A.S.A.:
  • Dostunuzun E-mail ünvanı: