Bank of Baku: BOLKART-la AL, BALA-BALA ödə! Azərbaycan Beynəlxalq Bankının xəbərləri

Milli.Az / Siyasət

Avropa Tələbələr Birliyinin nümayəndələri QHT-lərə Dövlət Dəstəyi Şurasında olublar - FOTO

07 Sentyabr 2010 [18:46] - MİLLİ.AZ
Azərbaycan Tələbələr Birliyinin dəvəti ölkəmizdə rəsmi səfərdə olan Avropa Tələbələr Birliyinin nümayəndələri Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında olublar.

Beş nəfərin təmsil olunduğu nümayəndə heyətinin Şuraya səfərinin məqsədi bir müddət öncə bu mötəbər quruma assosiativ üzv olmuş Azərbaycan Tələbələr Birliyi ilə daha yaxından tanış olmaq və quruma tamhüquqlu üzv qəbul etmək üçün onu dəstəkləyən qurumlarla fikir mübadilələri aparmaq olub.

Qonaqları qəbul edən Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov onlara Şura və onun fəaliyyəti haqqında geniş məlumat verib, Azərbaycan Tələbələr Birliyi ilə əməkdaşlıq məsələlərinə toxunub. F.Qurbanov qonaqları maraqlandıran sualları cavablandırıb və fikir mübadiləsi aparılıb.

Estoniya, Hollandiya, Bolqarıstan, Serbiya və Polşanın milli tələbələr birliyini təmsil edən qonaqlar səmimi qəbula görə F.Qurbanova təşəkkür edib və xatirə şəkili çəkdiriblər.

Qeyd edək ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə baş tutan səfər çərçivəsində qonaqlar universitet rəhbərləri, tələbə təşkilatları, regionlardakı kolleclər və bir sıra dövlət qurumları ilə də görüşlər keçirəcəklər.

Milli.Az




URL: http://www.milli.az/news/politics/20669.html

Səhvlər barədə məlumat vermək

Çap üçün versiya

Oxunub: 717

Dosta tövsiyə

  • Sizin A.S.A.:
  • Sizin E-mail ünvanınız:
  • Dostunuzun A.S.A.:
  • Dostunuzun E-mail ünvanı: