Bank of Baku: BOLKART-la AL, BALA-BALA ödə! Azərbaycan Beynəlxalq Bankının xəbərləri

Milli.Az / Siyasət

“İnsan naminə” blokunun nümayəndələri Piter Semnebi ilə görüşüblər

07 Sentyabr 2010 [18:15] - MİLLİ.AZ
Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev və Azərbaycan Liberal Partiyasının (ALP) sədr əvəzi Əvəz Temirxan Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi ilə görüşüblər.
VİP-in mətbuat xidmətindən Milli.Az xəbər portalına daxil olan məlumata görə, tərəflərin apardığı müzakirələrdə əsas diqqət Azərbaycanda bu il noyabrın 7-nə təyin olunmuş parlament seçkilərinə yönəldilib.

P.Semnebi Avropa İttifaqının Azərbaycandakı seçkiqabağı şəraitlə bağlı mövqeyi barəsində partiya sədrlərinə məlumat verib. Avropalı diplomat eyni zamanda, Aİ-nin parlament seçkilərinə dair nəzərdə tutduğu addımlarla əlaqədar məsələlərə də aydınlıq gətirib. P.Semnebi Bakıya son səfəri çərçivəsində keçirdiyi görüşlər haqda təəssüratlarını da bölüşüb.

Milli.Az
URL: http://www.milli.az/news/politics/20674.html

Səhvlər barədə məlumat vermək

Çap üçün versiya

Oxunub: 893

Dosta tövsiyə

  • Sizin A.S.A.:
  • Sizin E-mail ünvanınız:
  • Dostunuzun A.S.A.:
  • Dostunuzun E-mail ünvanı: