Bank of Baku: BOLKART-la AL, BALA-BALA ödə! Azərbaycan Beynəlxalq Bankının xəbərləri

Milli.Az / Siyasət

ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində qeyri-qanuni tikinti məsələsini öyrənəcəklər

07 Sentyabr 2010 [20:03] - MİLLİ.AZ
ATƏT-in Minsk qrupunun həmsədrləri sentyabrın sonunda Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinə Qubadlı, Zəngilan rayonlarında, eləcə də Xankəndi və Şuşada qeyri-qanuni tikinti məsələsi ilə bağlı vəziyyəti öyrənmək məqsədilə səfər edəcəklər.

Bu barədə jurnalistlərə Dağlıq Qarabağın azərbaycanlı icmasının üzvü Fərhad Bədəlbəyli icmanın həmsədrlərlə görüşü başa çatdıqdan sonra bildirib: “Biz işğal olunmuş ərazilərdə qeyri-qanuni tikinti ilə bağlı etirazımızı bildirdik. Həmsədrlər bununla əlaqədar Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etməyə və vəziyyətlə yerində tanış olmağa hazırlaşdıqlarını bildiriblər”. Azərbaycan icması həmsədlərdən işğal olunmuş ərazilərə səfər edəcək nümayəndə heyətinin tərkibinə Dağlıq Qarabağın azərbaycanlı icmasının üzvlərinin daxil edilməsini də tələb edib”.

Qeyd edək ki, ATƏT-in Minsk qrupunun Fransa, Rusiya və ABŞ-dan olan həmsədrləri Bakıda səfərdədirlər.

/Trend/
URL: http://www.milli.az/news/politics/20680.html

Səhvlər barədə məlumat vermək

Çap üçün versiya

Oxunub: 820

Dosta tövsiyə

  • Sizin A.S.A.:
  • Sizin E-mail ünvanınız:
  • Dostunuzun A.S.A.:
  • Dostunuzun E-mail ünvanı: