Bank of Baku: BOLKART-la AL, BALA-BALA ödə! Azərbaycan Beynəlxalq Bankının xəbərləri

Milli.Az / Siyasət

Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasını təbrik edib

07 Sentyabr 2010 [20:34] - MİLLİ.AZ
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanın yəhudi icmasını təbrik edib.
Təbrikdə deyilir:

"Sizi yəhudi xalqının yeni il bayramı – Roş-Ha-Şana münasibətilə ürəkdən təbrik edir, hamınıza ən səmimi arzu və diləklərimi yetirirəm.
Tarixən Azərbaycanda məskunlaşıb yaşayan yəhudi icması bu gün çoxmillətli cəmiyyətimizin ayrılmaz hissəsinə çevrilmişdir. Əlamətdar haldır ki, yəhudi vətəndaşlarımız ölkə həyatının bütün sahələrində yaxından iştirak edir, müstəqil dövlətimizin daha da möhkəmləndirilməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fəal vətəndaşlıq mövqeyi nümayiş etdirirlər.

Əziz dostlar!
Hər il Azərbaycanda təntənə ilə qeyd edilən Roş-Ha-Şana yenilik, mənəvi saflıq, xoş müjdələr və həmrəylik bayramıdır. Bu əziz gün münasibətilə bir daha Sizi təbrik edir, hər birinizə xoşbəxtlik, ailələrinizə əmin-amanlıq arzulayıram.
Bayramınız mübarək olsun!"

/AzərTAc/

URL: http://www.milli.az/news/politics/20684.html

Səhvlər barədə məlumat vermək

Çap üçün versiya

Oxunub: 710

Dosta tövsiyə

  • Sizin A.S.A.:
  • Sizin E-mail ünvanınız:
  • Dostunuzun A.S.A.:
  • Dostunuzun E-mail ünvanı: