Bu yay Dağlıq Qarabağ münaqişəsi zonasında son 2 ilin ən ciddi toqquşmaları baş verib.
Milli.Az xəbər portalının məlumatına görə, bunu Avropa Birliyinin (AB) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi «Reuters»ə müsahibəsində bildirib.
«Dağlıq Qarabağda belə toqquşmalar vəziyyəti nəzarətdən çıxara bilər», - deyə Semnebi qeyd edib: «Düşünürəm ki, hər iki tərəf riskin artdığını anlayır. Hər zaman vəziyyətin nəzarətdən çıxması təhlükəsi var. Hər iki tərəfdə qıcıq var. Bu halda vəziyyət asanlıqla nəzarətdən çıxa bilər. Odur ki, məsələyə ciddi yanaşmalıyıq».
Milli.Az