Bank of Baku: BOLKART-la AL, BALA-BALA ödə! Azərbaycan Beynəlxalq Bankının xəbərləri

Milli.Az / Siyasət

Prezident İlham Əliyev Tacikistan Prezidentini təbrik edib

08 Sentyabr 2010 [19:13] - MİLLİ.AZ
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Prezidenti Emoməli Rəhmonu təbrik edib.
Məlumatı “AzərTAc” dövlət agentliyi yayıb. Təbrikdə deyilir: “Ölkənizin milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza ən səmimi təbriklərimizi yetirirəm. Xalqlarımızı birləşdirən ənənəvi dostluq münasibətləri ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlıq üçün daim geniş imkanlar açır. Əminəm ki, bu imkanlardan səmərəli istifadə olunması məqsədilə bundan sonra da birgə səylər göstərəcəyik. Bu xoş gündə Sizə, hörmətli Emoməli Şərifoviç, möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Tacikistan xalqına əmin-amanlıq və firavanlıq arzulayıram”.

Milli.Az
URL: http://www.milli.az/news/politics/20783.html

Səhvlər barədə məlumat vermək

Çap üçün versiya

Oxunub: 636

Dosta tövsiyə

  • Sizin A.S.A.:
  • Sizin E-mail ünvanınız:
  • Dostunuzun A.S.A.:
  • Dostunuzun E-mail ünvanı: