Bank of Baku: BOLKART-la AL, BALA-BALA ödə! Azərbaycan Beynəlxalq Bankının xəbərləri

Milli.Az / Siyasət

Həmsədrlər erməni jurnalistlərə üç dəfə "Sağ ol" dedi

09 Sentyabr 2010 [11:33] - MİLLİ.AZ
ATƏT-in Minsk qrupunun həmsədrləri Xankəndidə erməni jurnalistlərə müsahibə veriblər.
Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyanla görüşdən sonra keçirilən ayaqüstü brifinqdə İqor Popov və Robert Bradtke susub. Suallara yalnız Bernar Fasye cavab verib. Amma görünür, onun cavabları erməniləri razı salmayıb. Erməni mətbuatı həmsədrləri ikiüzlülükdə ittiham ediblər. Odur ki, Bernar Fasyenin erməni jurnalistlərlə dialoqunu olduğu kimi nəzərinizə çatdırırıq:

Bernar Fasye: Qeyd etmək istərdim ki, bildiyiniz kimi, biz birbaşa Bakıdan gəldik və təmas xəttini keçdik. Bu artıq hadisədir!Mən altı ildir həmsədrəm və həmişə bunu etmək istəyirdim. Biz regiona doqquzuncu dəfədir gəlirik. Xoşbəxtlikdən belə bir şey ilk dəfə mümkün oldu.

Sual: Bunun xoşbəxtliyi nədədir?

Bernar Fasye: Ona görə ki, bunun üçün həm Bakıda, həm İrəvanda, həm də Xankəndidə razılıq almaq lazımdır.

Sual: İndiki görüşlər əvvəlkilərdən nə ilə fərqlənir? Söhbət nədən getdi?

Bernar Fasye: Bizim Azərbaycan və Dağlıq Qarabağdakı görüşlərimizin məğzi, təəssüratlarımıza gəldikdə qeyd etmək istəyirəm ki, biz missiyamızın ortasındayıq.Adətən, görüşlərimizin sonunda mətbuat üçün kommünike yayırıq. Yəni, sabah Ermənistan prezidenti, xarici işlər naziri ilə görüşəcəyik. Bunda sonra mətbuat üçün kommünike yayılacaq.

Sual: Məlumat var idi ki, Qarabağ sərhədində monitorinq keçiriləcək…

Bernar Fasye: Bu, monitorinq deyildi, qarşı tərəfə keçmək idi. Biz sərhəd yox, təmas xətti keçmişik. Bunu deyə bilərəm. Biz nümayiş etdiririk ki, bu, sərhəd deyil.

Sual: Bu, bizim üçün sərhəddir…

Bernar Fasye: Artıq dediyim kimi sabah və ya o biri gün mətbuat üçün kommünike yayacağıq. Sağ olun…

Sual: Dağlıq Qarabağ və Azərbaycan silahlı qüvvələri arasında atışma və toqquşmaların fəallaşmasını nə ilə əlaqələndirirsiniz?

Bernar Fasye: Yəqin ki, sentyabrın 6-dakı kommünike ilə tanışsınız. Orada hər hey deyilir.

Sual: Siz həmin kommünikedə münaqişə tərəflərinə müraciət edirsiniz. Amma hər kəsə aydındır ki, atəşi Azərbaycan tərəfi pozur.

Bernar Fasye: Yox. Sizin sözləriniz adi şikayətlərdir. Mən sizə 6 sentyabr kommunikesini diqqətlə oxumağı məsləhət görürəm. Sağ olun…

Sual: Cənab Fasye, oktyabrda monitorinq olacaq…

Bernar Fasye: Sağ olun, sağ olun… Mən sizə üç dəfə “Sağ olun” dedim.

ANS PRESS
URL: http://www.milli.az/news/politics/20791.html

Səhvlər barədə məlumat vermək

Çap üçün versiya

Oxunub: 1121

Dosta tövsiyə

  • Sizin A.S.A.:
  • Sizin E-mail ünvanınız:
  • Dostunuzun A.S.A.:
  • Dostunuzun E-mail ünvanı: