ATƏT-in Minsk qrupunun həmsədrləri Bernar Fasye (Fransa), Robert Bradtke (ABŞ) və İqor Popov (Rusiya), eləcə də fəaliyyətdə olan ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik bu gün İrəvanda olacaqlar.
Bu barədə məlumatı Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayıb. Həmsədrlər Ermənistan prezidenti Serj Sarkisyan və xarici işlər naziri Edvard Nalbandyanla görüşəcəklər. Vasitəçilərin səfər çərçivəsidə erməni tərəfi ilə Dağlıq Qarabağ münaqişəsinin yenilənmiş Madrid prinsipləri əsasında nizamlanması ilə bağlı məsləhətləşmələri davam etdirəcəkləri gözlənilir.
Ötən axşam həmsədrlər Xankəndidə olublar və Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyanla görüşüblər. Bundan əvvəl isə onlar Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla danışıqlar aparıblar.
Milli.Az