Bank of Baku-nun “Dostlar klubu” : daimi müştərilərə yeni güzəştlər! Azərbaycan Beynəlxalq Bankının xəbərləri

Milli.Az / Siyasət

Mərkəzi Seçki Komissiyasının sədri seçildi

24 Fevral 2011 [12:43] - MİLLİ.AZ
Azərbaycan Mərkəzi Seçki Komissiyasının yeni tərkibdə ilk iclası keçirilib.
Trend-in məlumatına görə, MSK sədri vəzifəsinə Məzahir Pənahov, onun müavini vəzifəsinə isə Natiq Məmmədov seçilib.

MSK katibləri vəzifələrinə bitərəf deputatların nümayəndələrindən Arifə Muxtarova, parlamentdə azlıq təşkil edən deputatların nümayəndələrindən Mikayıl Rəhimov seçilib.

Xatırladaq ki, MSK-nın yeni heyəti fevralın 22-də Milli Məclisinin iclasında təsdiqlənib. Komissiyanın yeni tərkibində bu şəxslər yer alıb: Məzahir Pənahov, Şaitdin Əliyev, Fuad Cavadov, Ramiz İbrahimov, Validə Kazımova və Qabil Orucov (hamısı YAP), Mikayıl Rəhimli (Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası), Almas Qəhrəmanlı (Vətəndaş Həmrəyliyi Partiyası), Akif Qurbanov (Ümid Partiyası), Tamam Cəfərli (Demokratik İslahatlar Partiyası), Bəxşeyiş Əsgərov (Böyük Quruluş Partiyası), Etibar Quliyev (Ana Vətən Partiyası), Natiq Məmmədov, Azər Tağıyev, Arifə Muxtarova, İlham Məmmədov, Nizami Nadirov və Tofiq Həsənov (siyasi partiya mənsubiyyəti olmayan deputatların MSK-ya namizədləri. Bunlardan Natiq Məmmədovun namizədliyi hakim Yeni Azərbaycan Partiyası, Arifə Muxtarovanın namizədliyi isə Milli Məclisdə azlıq təşkil edən partiyaların nümayəndələri ilə razılaşdırılıb).

Azərbaycanın seçki qanunvericiliyinə əsasən, MSK hər beş ildən bir, parlament seçkilərindən sonra yenidən formalaşdırılır. MSK-nın 18 üzvündən 6 nəfəri parlamentdə çoxluq təşkil edən partiyanın nümayəndələri, 6 nəfəri azlıq təşkil edən partiyaların, digər 6 nəfər isə bitərəf deputatların nümayəndələrindən ibarət olur.

Milli.Az
URL: http://www.milli.az/news/politics/38542.html

Səhvlər barədə məlumat vermək

Çap üçün versiya

Oxunub: 1663

Dosta tövsiyə

  • Sizin A.S.A.:
  • Sizin E-mail ünvanınız:
  • Dostunuzun A.S.A.:
  • Dostunuzun E-mail ünvanı: