Bank of Baku-nun “Dostlar klubu” : daimi müştərilərə yeni güzəştlər! Azərbaycan Beynəlxalq Bankının xəbərləri

Milli.Az / Siyasət

MSK namizədlər üçün yaddaş kitabçası çap edib

12 Noyabr 2011 [12:49] - MİLLİ.AZ
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası (MSK) bəzi bələdiyyələrə keçiriləcək təkrar, əlavə və yeni seçkilərlə bağlı seçki subyektlərini maarifləndirilmək üçün “Namizədlər üçün yaddaş kitabçası” çap etdirib. Komissiyanın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nəşrin hazırlanmasında məqsəd bələdiyyə üzvlüyünə iddialı vətəndaşların passiv seçki hüquqlarının reallaşıdırılmasına yardımçı olmaqdır.

Yaddaş kitabçasında bələdiyyə üzvlüyünə namizədliyin irəli sürülməsi, seçici imzalarının toplanması, namizədliyin qeydə alınması üçün seçki sənədlərinin təqdim edilməsi, namizədliyin qeydə alınması qaydaları əks olunub. Eyni zamanda, namizədlərin hüquq və vəzifələri izah edilib. Kitabçada namizədlərin riayət etməli olduqları, həmçinin onlara qanunla qadağan edilən məsələlər barədə ətraflı məlumatlar verilib.

Yaddaş kitabçası Seçki Məcəlləsinin və MSK-nın təsdiq etdiyi normativ xarakterli aktlar əsasında hazırlanıb.

Noyabrın 30-da Azərbaycanda boş qalan bələdiyyələrə seçkilər keçiriləcək.

Milli.Az
URL: http://www.milli.az/news/politics/79614.html

Səhvlər barədə məlumat vermək

Çap üçün versiya

Oxunub: 503

Dosta tövsiyə

  • Sizin A.S.A.:
  • Sizin E-mail ünvanınız:
  • Dostunuzun A.S.A.:
  • Dostunuzun E-mail ünvanı: