Deyəsən, Ermənistandakı siyasi mübarizə bu dəfə ənənəvi çərçivəsindən çıxacaq və illərdən bəri büründüyü qılafı özü yırtaraq hansısa yeni formaya düşməyə çalışacaq. İndiyədək ölkədəki bütün parlament seçkiləri sabiq Sovetlər Birliyi dönəmindəki ssenari ilə keçirilirdi.
"Biz ona inanmırıq və bilirik ki, əclafdır. Amma o it oğlu it, bizim əclafımızdır" (ABŞ prezidenti Franklin Ruzvelt Dominikan Respublikasının diktatoru Rafael Truhilyo barədə, 1939-cu il)