Bank of Baku: BOLKART-la AL, BALA-BALA ödə! Azərbaycan Beynəlxalq Bankının xəbərləri

Milli.Az / Siyasət

Prezident İlham Əliyev Goranboy rayonunda təmas xəttindəki "N" saylı hərbi hissədə olub - YENİLƏNİB - FOTO

22 Yanvar 2012 [21:02] - MİLLİ.AZ
22.01.2012
21:02

AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev yanvarın 21-də Goranboy rayonuna səfəri çərçivəsində təmas xəttindəki “N” saylı hərbi hissədə olmuşdur.

Müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verdi.

Müdafiə naziri Səfər Əbiyev dövlətimizin başçısına cəbhənin təmas xəttindəki mövcud vəziyyət barədə ətraflı məlumat verdi.

Prezident İlham Əliyev xidmətdə fərqlənən bir qrup hərbçini medal və qiymətli hədiyyələrlə təltif etdi.

Sonra Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev çay süfrəsi arxasında hərbçilərlə görüşdü.

----------
08:26


AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Gəncəyə səfəri çərçivəsində Cavad xan küçəsində aparılan abadlıq-quruculuq işləri ilə tanış olmuşdur.

Dövlətimizin başçısı küçənin əvvəlki görüntülərini əks etdirən stendlərə baxdı.

Məlumat verildi ki, uzunluğu 435 metr olan küçədə yerləşən binaların və digər tikililərin fasadlarında tarixi və müasir memarlıq elementləri vəhdət təşkil edir. Küçədə bərpa edilən binalar əsasən XIX əsrin ikinci yarısında tikilmiş tarixi binalardır.

Prezident İlham Əliyev Cavad xan küçəsində Gəncənin mədəniyyət işçiləri ilə görüşdü.

Xalq artisti Şahnaz HAŞIMOVA: Cənab Prezident, xoş gəlmisiniz. Allah Sizə, Mehriban xanıma, ailənizə cansağlığı versin. Gözümüzün kökü saralmışdı ki, filarmoniyamız nə vaxt tikiləcəkdir.

Prezident İlham ƏLİYEV: Artıq başlayıb.

Şahnaz HAŞIMOVA: Ömrünüz uzun olsun. Hamının adından Sizə “sağ olun” deyirəm. Sizin sayənizdə şəhərimiz dəqiqəbədəqiqə inkişaf edir.

Prezident İlham ƏLİYEV: Bəli. Bilirsiniz ki, mən Gəncədə dəfələrlə olmuşam. Gəncəni tanımaq mümkün deyildir. Qısa müddət ərzində Elmar çox yaxşı işlər görüb.

Şahnaz HAŞIMOVA: Sizin sayənizdə. Allah Sizi qorusun! Ömrünüz uzun olsun!

Tarzən Fikrət VERDİYEV: “Göygöl” ansamblı 43 il bundan əvvəl yaradılıb - ulu öndərimizin yadigarıdır. O vaxt mənim 22 yaşım var idi. Gəncə filarmoniyası “Göygöl” ansamblının bazasında yaradılıb. Bu da ulu öndərimizin yadigarıdır. Siz isə Gəncənin yeni dövlət filarmoniyasının təməlini qoyursunuz. Mən bu filarmoniyanın bədii rəhbəriyəm. Cənab Prezident, yadınızdadırsa, Neft Şirkətində neftçilər ansamblı yaratmışdıq. Sonra Gəncəyə qayıtdım, bu şəhərin inkişafını gördüm və qərara gəldim ki, qalan qüvvəmi Gəncənin mədəni həyatının inkişafına sərf edim.

Prezident İlham ƏLİYEV: Mən bilirəm ki, gəncəlilər bu günü gözləyirdilər. Mən Elmara deyirəm ki, belə getsə, Gəncə Bakını keçəcəkdir.

Fikrət VERDİYEV: İncəsənət adamlarına çox böyük ilham vermisiniz. Sizin qayğınız bizi daha yaxşı çalışmağa, konsert salonlarında, eləcə də Gəncə filarmoniyasının səhnəsində daha həvəslə çıxışlara ruhlandırmışdır.

Prezident İlham ƏLİYEV: Bəli, Gəncə böyük incəsənət mərkəzinə çevrilməlidir. Burada beynəlxalq tədbirlər, festivallar keçiriləcəkdir. Bu, Gəncənin mədəni həyatı üçün çox böyük əhəmiyyət kəsb edir. Bu vaxta qədər, yenə də deyirəm, burada çox iş görülüb. Bu gün böyük zavod açılır, hərtərəfli inkişaf gedir.

Fikrət VERDİYEV: Hamısı Sizin sayənizdədir.

Prezident İlham ƏLİYEV: Sağ olun.

X X X

Cavad xan küçəsi ilə tanışlığı davam etdirən Prezident İlham Əliyevə məlumat verildi ki, Nizami Gəncəvinin mənsub olduğu Şeyxzamanovlar nəslinin yaşadığı ev də burada yerləşir.
Bundan başqa, Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə “Azərbaycan” qəzetinin ilk nömrəsinin dərc olunduğu tarixi mətbəənin binası əvvəlki görkəminə qaytarılmışdır. AXC-nin qurucularından olan Xasməmmədov qardaşlarının yaşadığı ev, həmçinin 1899-cu ildə tikilən və alman mühəndisi Zingerin yaşadığı ev də Cavad xan küçəsinin tarixi tikililərindəndir. Qeyd edildi ki, küçədəki bütün tarixi binaların üzərinə lövhələr vurulmuşdur.

Dövlətimizin başçısı Gəncə sakinləri ilə görüşdü.

SAKİNLƏR: Xoş gəlmisiniz. Cənab Prezident, Gəncəni gəncəlilərə qaytardığınız üçün çox minnətdarıq. Şəhərimizdə əsl mənada inkişaf gedir.

Prezident İlham ƏLİYEV: Çox şadam ki, Gəncə gözəlləşir.

SAKİN: Özü də keyfiyyətli inkişafdır. Cənab Prezident, biz gəncəlilər adından Sizə minnətdarlığımızı bildiririk.

Prezident İlham ƏLİYEV: Çox sağ olun. Mən də çox şadam ki, Gəncədə işlər yaxşı gedir. Gözəl işlər gedir.

SAKİN: Bizim Gəncəmiz gündən-günə gözəlləşir, abadlaşır. Gördüyünüz bu küçə çox bərbad halda idi.

Prezident İlham ƏLİYEV: Yadımdadır, mən burada olmuşam.

SAKİN: İndi görürsünüz, doğrudan da bu küçə əsl kurort şəhərinin küçəsinə çevrilibdir. Ona görə də Sizə minnətdarlığımızı bildiririk. Siz çox gözəl işlər görürsünüz, biz Sizin daxili və xarici siyasətinizi səmimi qəlbdən bəyənirik, onu alqışlayırıq və müdafiə edirik. Biz ulu öndərimizin də, Sizin də yürütdüyünüz siyasəti dəstəkləmişik. Çox sağ olun, biz gəncəlilər Sizə minnətdarıq.

X X X

Aparılan abadlıq-quruculuq işlərindən sonra sanki muzeyə çevrilmiş Cavad xan küçəsində kərpic imitasiyasına xüsusi yer verilmiş, dəmir haşiyələr və məhəccərlər Gəncə memarlığına uyğun hazırlanmışdır. Binaların dam örtükləri də yenidən qurulmuş, qapılar və darvazalar milli şəbəkə formasında hazırlanmışdır. Küçəyə kanalizasiya xətləri çəkilmiş, qaz və su boruları yerin altına salınmışdır. Küçə boyu 9 min kvadratmetr sahədə qranit plitələr döşənmiş, müxtəlif yerlərdə 7 fəvvarə quraşdırılmışdır. Gələcəkdə burada xalça, misdöymə, dulusçuluq və digər tətbiqi sənət nümunələri ilə məşğul olan sənətkarlar üçün xüsusi emalatxanaların tikilməsi də nəzərdə tutulur. Küçə boyu milli adət-ənənələri təsvir edən heykəllər qoyulmuşdur.

Dövlətimizin başçısı burada Gəncə ziyalıları ilə də görüşərək dedi:

- Gəncə gözəlləşir.

ZİYALI: Sizin sərəncamlarınızdan sonra bizim maddi-mədəni mühitlə bağlı 800-dən artıq abidəmiz aşkarlanıb. Bu küçəmiz, buradakı 50-dən artıq bina təmir olunub. Məqsədimiz Gəncənin maddi-mədəni irsinə aid ensiklopediya hazırlamaqdır. Çünki bədnam qonşularımız tarixi abidələrimizi öz adlarına çıxırlar. Gəncə ziyalıları Sizə ümid bəsləyir və Sizin arxanızdadır. Üçtərəfli görüşdə də Sizə uğurlar diləyirik.

Prezident İlham ƏLİYEV: Sağ olun.

ZİYALI: Cənab Prezident, icazə verin, bir neçə kəlmə də mən deyim. Gəncə respublikamızın ikinci böyük şəhəridir. Bu şəhərin siması onun statusuna uyğun gəlmirdi. Çox sağ olun ki, Siz bunu hamıdan qabaq duydunuz. Gəncənin ən böyük problemlərindən olan su, kanalizasiya, enerji, qaz sisteminin yenidən qurulmasına dair Sərəncam verdiniz. İndi Gəncəmiz gözəlləşir. Çox sağ olun ki, Gəncəni gəncəlilərə yenidən bəxş etdiniz. Çox gözəl şəhərdir, burada yaşamaq və işləmək çox xoşdur.

Prezident İlham ƏLİYEV: Düzdür, Gəncə çox qədim, gözəl tarixi şəhərdir. İndi şəhər qədim simasını saxlamaqla, yeni müasir yanaşma ilə daha da gözəlləşir. Parklar, binalar bərpa edilir, gözəl küçələr salınır. Yəni, Gəncə dünya səviyyəli şəhərə çevrilir.

ZİYALI: Cənab Prezident, Şərqdə siyasi, Qərbdə iqtisadi böhranın tüğyan etdiyi bir dövrdə öz iqtisadi inkişaf modeli ilə uğur qazanan Azərbaycanın bu yüksəlişinə görə Sizə minnətdarıq və xoşbəxt gələcəyimizi Sizinlə görürük. Bir daha Sizə “Xoş gəlmisiniz” deyirik.

Prezident İlham ƏLİYEV: Çox sağ olun.

ZİYALI: Allah Heydər Əliyevə qəni-qəni rəhmət etsin! O, milli mənəvi dəyərlərimizin inkişafı üçün çox böyük işlər görmüşdür. Novruz bayramı gələndə camaat ev-eşiyini səliqə-sahmana salır, küçələri təmizləyirdi. İndi Gəncə o qədər gözəlləşib ki, daha nə küçə süpürməyə, ev-eşik təmizləməyə ehtiyac yoxdur. Allah Sizə cansağlığı versin, ziyalılar adından Sizə öz minnətdarlığımızı bildiririk.

Prezident İlham ƏLİYEV: Çox sağ olun.

ZİYALI: Bir söz də demək istəyirəm. Uzun illərdir mən bu şəhərdə yaşayıram, bura mənim vətənimdir. Gəncə getdikcə inkişaf edir. Yüz il yaşayın, mərdsiniz, möhkəmsiniz, səbirlisiniz, ailənizə, özünüzə cansağlığı, uzun ömür arzu edirəm. Elmə verdiyiniz qiymətə görə də alimlər adından Sizə təşəkkür edirəm. Akademiyada bizim şöbəmizi yaratdınız, bu da böyük işdir. Neçə illərdir biz ona nail ola bilmirdik. İndi biz Sizin rəhbərliyiniz altında kənd təsərrüfatını inkişaf etdirməliyik. Biz hələ kənd təsərrüfatına borcluyuq. Biz fermerlərə, kənd təsərrüfatında çalışanlara fəal kömək etməliyik. Biz buna hazırıq. Sağ olun, xoş gəlmisiniz.

Prezident İlham ƏLİYEV: Çox sağ olun, mən sizi görülən bütün bu işlər münasibətilə təbrik edirəm. Şadam ki, qısa müddət ərzində Gəncədə çox böyük quruculuq işləri aparılıb.
Gəncəyə daim böyük diqqət göstərilmişdir. Bu diqqət bu gün də vardır. Mən istəyirəm ki, hər bir şəhərdə belə gözəl işlər aparılsın. Bütövlükdə ölkəmizdə, hər bir yerdə çox sürətli və uğurlu inkışaf gedir.

Mən həmişə deyirəm ki, Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Belə getsə, Gəncə də ən gözəl şəhər olacaqdır və olmalıdır. Sağ olun.

------------------
21.01.2012
22:44


AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də “DET AL” Alüminium MMC-nin Gəncə alüminium zavodu kompleksinin açılışında iştirak etmişdir.

Dövlətimizin başçısı kompleksin maketinə baxdı.

Məlumat verildi ki, “DET AL” alüminium kompleksinin ümumi ərazisi 74 hektardır. Burada birinci faza elektroliz, anod prosesləri, fasiləsiz metaltökmə və isti yayma zavodları, 110 kilovoltluq yarımstansiya, silisium düzləndirici yarımstansiya, elektroliz zavodunun idarəetmə mərkəzi, gil-torpaq qəbulu, quru qaztəmizləmə, kompressor sahələri, dövri su sistemləri və soyutma qüllələri, qazpaylayıcı stansiya, yanğınsöndürmə sistemləri, fülorid, anod və katod karbon bloku anbarları, inzibati bina və laboratoriya binası tikilmişdir. Bu obyektlərin ümumi sahəsi 57 min kvadratmetrdir. Kompleks daxilində uzunluğu 2,1 min metr olan dəmir yolu xətti çəkilmiş, 1200 metr uzunluğunda beton, 2 min metr uzunluğunda asfalt yollar salınmış, 74 hektar ərazidə yaşıllaşdırma və abadlıq işləri aparılmışdır.

Qeyd edildi ki, 2008-ci ildə dövlətimizin başçısının iştirakı ilə təməli qoyulan kompleksdə məhsul istehsalı 3 zavodda sistemli şəkildə həyata keçirilir. Birinci mərhələdə yeni zavodda ildə 50 min ton ilkin alüminium istehsal edəcək 240 kiloamperlik 84 elektroliz təknəsi quraşdırılmışdır. Bu təknələrdə yüksək keyfiyyətli A-8, A-7E, A-7, A-6 markalı texniki baxımdan təmiz ilkin alüminium əldə edilir. Zavodda bişmiş anodlu təknələr qurulmuşdur.
Burada müasir quru qaztəmizləmə sistemləri vasitəsilə atmosferə atılan tullantıların 98,5 faiz təmizlənməsi həyata keçirilir.

Gəncə “DET AL” alüminium kompleksinin işə başlaması nəticəsində birinci mərhələdə 640 nəfər işlə təmin ediləcəkdir. İşçilərin orta aylıq əməkhaqqı 450 manat olacaqdır. Zavodun tikintisinə Gəncədən və respublikamızın digər regionlarından 2000-dən çox işçi cəlb edilmişdir. Yerli gənc mühəndislər üçün texnologiyanı daha dərindən öyrənmək məqsədi ilə təlimlər təşkil olunmuşdur. Elektroliz proseslərindən çıxan maye metal fasiləsiz metaltökmə və isti yayma zavoduna daşınır. Burada hər birinin uzunluğu 60 metr olan və yüksək avtomatlaşdırma səviyyəsinə malik iki tökmə avadanlığı quraşdırılmışdır. Bu konveyerlərin məhsuldarlığı saatda 20 tona qədərdir və istehsal edilən külçələr “DET.AL AZE” loqotipinə malik olmaqla 22,5 kiloqramdır.

Prezident İlham Əliyev kompleksin elektroliz zavodunda istehsalatda istifadə olunan avadanlığa baxdı. Bildirildi ki, burada beynəlxalq standartlara cavab verən məhsullar hazırlanır. Zavodda istehsala başlanması və davamlılığın təmini üçün tələb olunan keyfiyyətdə xammalın tədarükü vacib məsələlərdən biridir. Bu məqsədlə Hollandiya, İndoneziya, Çin, Rusiya, Monqolustan, Latviya, Venesuela, Tacikistan kimi ölkələrdən 15 adda xammal gətirilmişdir.

Prezident İlham Əliyev “DET AL” Alüminium MMC-nin Gəncə alüminium zavodu kompleksi ilə bağlı stendlərə və videoçarxa baxdı.

Sonra dövlətimizin başçısı zavodun mərkəzi idarəetmə ofisində oldu. Məlumat verildi ki, burada bütün istehsal prosesi kompyuterlər vasitəsilə avtomatlaşdırılmış şəkildə aparılır. Hər 3 müəssisədə xammalın qəbulundan məhsul istehsalınadək bütün proses dəqiq şəkildə icra olunur. Mövcud idarəetmə sistemi baş verə biləcək bütün nasazlıqların qarşısını almağa qadirdir.

Sonra Prezident İlham Əliyev kompleksin isti metaltökmə və fasiləsiz yayma zavoduna gəldi. Dövlətimizin başçısı zavodu işə saldı, istehsal prosesini izlədi.

Qeyd olundu ki, birinci mərhələdə 100 min ton ilkin alüminium istehsalı üçün tələb olunan bütün obyektlərin tikintisi başa çatdırılmışdır. İkinci mərhələdə 50 min ton alüminium istehsal edəcək 84 vannadan ibarət elektroliz korpusları, gil-torpaq qəbulu anbarının tikintisi nəzərdə tutulmuşdur. Alüminium sənayesinin inkişafı məqsədi ilə ölkəmizdə alüminium yarımfabrikat məhsullarının istehsalını nəzərdə tutan metalyayma layihəsi üçün dövlət tərəfindən 2010-cu ildə güzəştli kredit ayrılmışdır. Layihə çərçivəsində isti və soyuq metalyayma zavodlarının tikintisi, eləcə də boyama xəttinin qurulması nəzərdə tutulur.
Layihənin illik məhsuldarlığı müxtəlif ölçüdə 35 min ton adi alüminium rulon və vərəqlərin istehsalı, 15 min ton məhsulun isə boyanmasından ibarətdir. Burada tikinti sektoru üçün nəzərdə tutulan və sifarişçinin istəyindən asılı olaraq 0,2-0,6 mm qalınlığında müxtəlif rənglərdə alüminium rulonların istehsalı planlaşdırılır. İsti yayma zavodunun tikintisi artıq tamamlanmış və gələn aydan avadanlığın quraşdırılmasına başlanacaqdır. Soyuq yayma zavodunun isə tikintisinə başlanmış və bu ilin aprelinədək tamamlanaraq avadanlığın quraşdırılmasına başlanılacaqdır. Ümumiyyətlə, layihənin 2013-cü ilin aprelinədək həyata keçirilməsi nəzərdə tutulur. Layihə çərçivəsində 300 yeni iş yerinin açılması planlaşdırılır.

Dövlətimizin başçısına məlumat verildi ki, yeni alüminium zavodu ilə yanaşı, Gəncədə poladəritmə kompleksinin tikintisi layihəsi çərçivəsində də bir sıra işlər görülmüşdür. Belə ki, poladəritmə kompleksinin inşa ediləcəyi sahədə torpaq və qazma işləri həyata keçirilmiş, ərazi təmizlənmiş və tikinti prosesinin başlanması üçün hazır vəziyyətə gətirilmişdir.

Əraziyə baxan Prezident İlham Əliyevə məlumat verildi ki, poladtökmə zavodunun layihələndirmə işləri həyata keçirilmiş, dəmir filizini zənginləşdirmə, pelet və ardıcıl reduksiya zavodlarından ibarət olan “DET AL” inteqrallaşdırılmış polad layihəsinin inkişaf etdirilməsi istiqamətində layihələndirmə işləri yerinə yetirilmişdir. Burada pelet zavodunun tikintisi işləri davam etdiriləcək, martda istehsal gücü 850 min ton olan yeni “DRI” zavodunun tikintisinə başlanacaqdır. 2013-cü ildə yeni pelet zavodunun tikintisi başa çatdırılacaq, “DRI” zavodunun tikintisi davam etdiriləcəkdir. Bundan başqa, martda istehsal gücü 750 min ton olan yeni polad zavodunun tikintisinə başlanacaqdır. 2014-cü ildə yeni “DRI” zavodunun tikintisi başa çatdırılacaq, polad zavodunun tikintisi davam etdiriləcəkdir.
2016-cı ildə isə Gəncədə yeni polad zavodunun tikintisi başa çatdırılacaqdır. İstehsal olunan məhsullara beynəlxalq sertifikatlar alınacaqdır. 2012-2016-cı illərdə həyata keçirilən layihəyə 630 milyon dollar investisiya qoyulacaq, işçilərin sayı 3 min 800 nəfərə çatdırılacaqdır.

X X X

Prezident İlham Əliyev Gəncə ictimaiyyətinin nümayəndələri və müəssisənin kollektivi ilə görüşdü.

Prezident İlham ƏLİYEV mərasim iştirakçılarını təbrik edərək dedi:

- Əziz dostlar, bu gün nəinki Gəncənin, ölkəmizin həyatında çox əlamətdar bir gündür. Çünki bu gün biz ölkə iqtisadiyyatı üçün çox böyük əhəmiyyət kəsb edən Gəncə alüminium zavodunun açılışını qeyd edirik. Bu, doğrudan da, böyük hadisədir. Bu, bir daha onu göstərir ki, ölkəmiz uğurla və sürətlə inkişaf edir. Ölkəmizdə bütün proqramlar icra edilir.

Bu zavodun təməli 2008-ci ildə qoyulmuşdur. Mən o günü yaxşı xatırlayıram. Biz burada təməl daşını qoyduq və ondan sonra bildiyiniz kimi, dünyada maliyyə və iqtisadi böhran başlanmışdır. Bu böhran alüminium sənayesinə də mənfi təsirini göstərmişdir, qiymətlər aşağı düşmüş və bütövlükdə maliyyə bazarında böhran yaranmışdır. Beləliklə, zavodun tikintisi bir qədər uzandı. Ancaq buna baxmayaraq, Azərbaycan dövləti bu zavodun tikintisi üçün dəstəyini əsirgəmədi. Zavodun fəaliyyəti üçün çox mühüm əhəmiyyət kəsb edən böyük yarımstansiya tikilmişdir, müxtəlif dövrlərdə kreditlər verilmişdir, özəl sektor Azərbaycanın iqtisadiyyatına və gələcəyinə çox böyük inamla yanaşmışdır. Bütün bu amillər nəticəsində biz bu gün bu gözəl zavodun açılışını qeyd edirik.

Zavodun özəlliyi ondan ibarətdir ki, bu, qeyri-neft sektoruna qoyulan böyük sərmayədir və burada istehsal olunan məhsullar ixrac ediləcək, eyni zamanda, bizim artan tələbatımızı da təmin edəcəkdir. Biz bu gün zavodun birinci fazasının açılışını qeyd edirik. Burada 50 min ton yüksək keyfiyyətli alüminium istehsal olunacaqdır. 2013-cü ildə ikinci fazanın işə düşməsi nəticəsində zavodun istehsal gücü 100 min tona çatacaqdır və ondan sonrakı dövrdə əlavə vəsaitin qoyuluşu hesabına biz bu həcmi 200 min tona artıracağıq.

Bu, doğrudan da, ölkə iqtisadiyyatı üçün böyük layihədir. Həm gəlirli layihədir, həm yeni iş yerlərinin açılması üçün bizə şərait yaradır. Mənə verilən məlumata görə, burada 600-dən artıq insan işləyir. Vaxtilə böhrana görə dayanmış gil-torpaq zavodu da bu yaxınlarda işə başlamışdır. Orada da 1200 insan işləyir. Bütövlükdə son aylar ərzində 2000-ə yaxın insan işlə təmin edilibdir. Bu zavodun tikintisi Azərbaycanda aparılan sənayeləşmə siyasətinin nəticəsidir. Bu yaxınlarda Nazirlər Kabinetinin toplantısında mən bir daha bu məsələ ilə bağlı fikirlərimi bildirdim. Azərbaycanda güclü sənayeləşmə prosesi gedir. Yeni sənaye müəssisələri yaradılır, özəl sektorun inkişafı üçün dövlət dəstəyini əsirgəmir, kiçik və orta sahibkarlıq inkişaf edir. Kiçik və orta sahibkarlığın inkişafı ilə paralel olaraq böyük sənaye müəssisələrinin yaradılmasına da böyük ehtiyac vardır. Gəncə alüminium zavodu bu sıradan olan zavoddur.

Bu, böyük sənaye mərkəzidir. Biz Azərbaycanda müasir səviyyədə alüminium sənayesinin yaradılması üçün bu gün birinci addımı atırıq. Əminəm ki, gələcəkdə biz dediyim rəqəmlərə çatacağıq. Biz zavodun istehsal gücünü indikindən 4 dəfə artıracağıq və təbii ki, burada yeni imkanlar yaradılacaq, yeni iş yerləri açılacaq və Azərbaycanın qeyri-neft potensialı daha da güclənəcəkdir. Bu sahə də bizim üçün prioritet sahədir. Biz qeyri-neft iqtisadiyyatımızın inkişafı üçün uzun illərdir ki, çalışırıq, təşəbbüslərimizi irəli sürürük və gözəl nəticələri də görürük. Çünki 2011-ci ilin yeklunlarına görə, Azərbaycanda qeyri-neft sektoru təxminən 10 faiz artmışdır. Neftlə, qazla zəngin olan ölkə üçün bu, həddindən artıq vacibdir. Çünki biz gələcəyimizi şaxələndirilmiş iqtisadiyyatda görürük. Biz gələcəyimizi dayanıqlı iqtisadiyyatda görürük. Təbii resurslarımız bizim üçün sadəcə olaraq bir vasitədir ki, ölkəmizi hərtərəfli şəkildə inkişaf etdirək və güclü qeyri-neft iqtisadiyyatı yaradaq. Bu istiqamətdə atılan addımlar çox sevindiricidir. Bu zavodun fəaliyyətə başlaması bir daha demək istəyirəm ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafına da böyük təkan verəcəkdir.

Bu zavodun tikintisi, eyni zamanda, özündə regional inkişaf proqramını da ehtiva edir. Bu proqrama da böyük diqqət göstərilir. Bizim bütün bölgələr inkişafdadır, quruculuq, abadlıq işləri gedir, yeni iş yerləri açılır. Beləliklə, regional inkişaf üçün bu zavodun böyük əhəmiyyəti vardır. Burada poladəritmə kompleksinin tikintisi də uğrula gedir və bu zavodun təməl daşı qoyulan zaman, eyni zamanda, böyük metallurgiya kompleksinin təməl daşı qoyulmuşdur. O sahədə də işlər gedir. Metallurgiya sənayesinin yaradılması istiqamətində çox ciddi işlər gedir. Əminəm ki, yaxın zamanlarda Azərbaycanda yeni bir istehsal sahəsi – metallurgiya sahəsi öz fəaliyyətinə başlayacaqdır. Bir tərəfdən biz ölkəmizin daxili tələbatını ödəyəcəyik və güclü ixrac potensialı da yaradılacaqdır.

Bu, elə sahələrdir ki, bu sahələr üçün bazarları axtarmağa ehtiyac yoxdur. Çünki bu məhsullar – alüminium, metallurgiya istehsalı daim tələb olunan məhsullardır. Yenə də deyirəm, bizim artan sənaye potensialımız və həyata keçirilən proqramlar, eyni zamanda, dünyada bu məhsullara olan tələbat daim bu zavodlara dəstək olacaqdır. Bir daha demək istəyirəm ki, bu sahədə görülən işlər Azərbaycanın ümumi inkişaf strategiyasını əhatə edir. Bu stategiya müasirlik, yenilik strategiyasıdır. Biz istəyirik ki, bütün sahələrdə ən qabaqcıl təcrübəni tətbiq edək. Burada istehsal olunan alüminium dünya səviyyəli məhsullardandır. Eyni zamanda, belə zavodların tikintisi kadr hazırlığı üçün də böyük əhəmiyyətə malikdir. Burada işləyən peşəkar kadrlar, əlbəttə ki, yaxşı maaş almalıdırlar. Mənə verilən məlumata görə, bu məsələ də öz həllini tapır.

Bir sözlə, belə zavodların tikintisi və yeni sənaye sahələrinin yaradılması prosesi çox sevindiricidir. Xüsusilə dünyada hələ də davam edən və yeni mərhələsi gözlənilən maliyyə və iqtisadi böhran zamanında Azərbaycanda belə böyük sənaye müəssisələrinin yaradılması bizim düzgün yolda olmağımızı göstərir. Biz inkişafdayıq. Azərbaycanda iqtisadiyyat, sənaye potensialımız artır. Sosial proqramlar icra edilir, maaşlar, pensiyalar artır. Keçən ilin yekunları ilə bağlı keçirilən Nazirlər Kabinetinin toplantısında bütün bu rəqəmlər səslənmişdir. 2011-ci ildə ölkə iqtisadiyyatına 20 milyard dollar vəsait qoyulmuşdur, ondan əvvəlki ildə 17,6 milyard. Böyük məbləğdir və bu vəsait hesabına ölkəmizin hər bir bölgəsi inkişaf edir, böyük proqramlar icra edilir. O cümlədən bu bölgənin və Gəncənin inkişafı ilə bağlı konkret proqramlar, infrastruktur proqramları icra edilir, işsizliyin aradan qaldırılması üçün konkret addımlar atılır. 2012-ci ildə sosial infrastrukturun yaradılması ilə bağlı daha da böyük vəsait ayrılacaqdır. Məktəb tikintisi davam etdirilir.

Gəncənin içməli su ilə təmin edilməsi üçün konkret layihələr icra edilir, kanalizasiya sistemi yenidən qurulur. Şəhərdə çox böyük abadlıq işləri aparılır. Bilirsiniz ki, mən Gəncədə tez-tez oluram və bu gün səhər tezdən şəhərlə bir daha tanış olmuşam və görürəm ki, doğrudan da çox böyük və çox dəyərli işlər görülür. Şəhər gözəlləşir, abadlaşır, binalar təmir edilir, yeni parklar salınır, yeni ictimai yerlər yaradılır. Biz bu gün səhər Gəncə Dövlət Filarmoniyasının təməl daşını qoyduq. Bilirəm ki, bu da gəncəlilərin uzun illərdir arzuladıqları bir hadisədir. Əminəm ki, yaxın iki il ərzində gözəl, memarlıq cəhətdən çox gözəl və möhtəşəm Gəncə Filarmoniyası da öz işinə başlayacaqdır.

Bir sözlə, Gəncədə olduğu kimi, hər bir bölgədə bütün sahələr üzrə konkret işlər görülür. İş yerləri, qeyri-neft sektoru, özəl sahibkarlığın inkişafı, yeni nəhəng sənaye müəssisələrinin yaradılması, məktəblər, tibb ocaqları, mədəniyyət ocaqları, abadlıq işləri – bax, ölkəmiz bu cür inkişaf edir. Mən çox şadam ki, əvvəlki illərdə qəbul etdiyimz proqramlar icra edilir, əvvəlki dövrlərdə böhrana baxmayaraq, başladığımız layihələr bu gün reallığa çevrilir. Biz Gəncə alüminum zavodunun timsalında Azərbaycanın sənaye potensialının inkişafını görürük.

Mən sizi bu gözəl hadisə münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Yenə də demək istəyirəm ki, istehsal gücü 50 min ton olan bu zavodun fəaliyyətə başlaması birinci addımdır, amma çox böyük addımdır. Bu zavodun tikintisinə çox böyük vəsait qoyulmuşdur, həm özəl qurumlar tərəfindən, həm də dövlət infrastruktur layihələrini təqdim etməklə dəstəyini göstərmişdir. Demək istəyirəm ki, bu, sadəcə olaraq birinci addımdır. Əgər hər şey bizim planlarımız əsasında getsə, bu zavodun istehsal həcmi ən azı 4 dəfə artacaq, burada yeni metallurgiya kompleksi tikiləcək və beləliklə, ölkə iqtisadiyyatı üçün əvəzolunmaz töhfə veriləcəkdir.

Bu gözəl hadisə münasibətilə sizin hamınızı bir daha ürəkdən təbrik edirəm, bütün gəncəlilərə cansağlığı və xoşbəxtlik arzulayıram. Sağ olun.

X X X

Sonda xatirə şəkli çəkdirildi.

---------
20:03

AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Goranboya səfəri çərçivəsində Nizami Gəncəvi adına parkın açılışında iştirak etmişdir.

Dövlətimizin başçısına məlumat verildi ki, park Goranboy şəhərinə Goran istiqamətindən girişdə yerləşir. Parkın giriş qapısı müasir üslubda inşa olunmuşdur. Burada dahi Azərbaycan şairi Nizami Gəncəvinin möhtəşəm heykəli ucaldılmışdır. Abidənin ətrafında şairin “Xəmsə”sinə daxil olan “Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl” və “İsgəndərnamə” poemalarının kompozisiyasını əks etdirən mozaik fotolar yaradılmışdır.

Azərbaycan Prezidenti parkı gəzdi, burada yaradılan şəraitlə tanış oldu. Qeyd edildi ki, 1,1 hektar ərazini əhatə edən park bir il yarım ərzində başdan-başa yenidən qurulmuşdur.
Burada yaradılan 3 fəvvarə ətrafa xüsusi yaraşıq verir. Sakinlərin üstüörtülü iki istirahət guşəsindən istifadə edə biləcəkləri park uşaqların daha çox xoşuna gələcəkdir. Çünki bu istirahət guşəsində xalq nağıllarının motivlərini əks etdirən kompozisiyalar yaradılmışdır. Parkda müasir işıqlandırma, fəvvarələrin işləməsi və yaşıllıqların suvarılması üçün suvarma sistemləri quraşdırılmış, müasir bulaq kompleksi inşa edilmiş, oturacaqlar qoyulmuşdur.
Parkda ümumilikdə 30 minə yaxın müxtəlif növ dekorativ ağac və gül kolları əkilmişdir. Bir sözlə, Goranboyda yeni istifadəyə verilən Nizami Gəncəvi adına parkda sakinlərin istirahəti üçün hər cür şərait yaradılmışdır.

Prezident İlham Əliyev parkda yaradılmış şəraiti yüksək qiymətləndirdi.

---------
20:02

AzərTAc xəbər verir ki, yanvarın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Goranboy şəhər 3 nömrəli tam orta məktəbin yeni binasının açılışında iştirak etmişdir.
Dövlətimizin başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, 420 şagirdin təhsil alacağı məktəbin binası Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunmuşdur.

Qeyd edildi ki, məktəbin 1935-ci ildə tikilmiş əvvəlki binası son dövrlərdə tamamilə yararsız və qəzalı vəziyyətdə idi. Təhsil ocağının yeni binasının tikintisinə ötən ilin əvvəllərində başlanmış, bunun üçün 0,5 hektar torpaq sahəsi ayrılmışdır. İkimərtəbəli bina qısa müddətdə müasir tələblər səviyyəsində inşa olunmuşdur.

Prezident İlham Əliyev məktəblə yaxından tanış oldu. Foyedə ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təhsilin inkişafına göstərdikləri diqqət və qayğını əks etdirən fotoguşə yaradılmışdır. Məktəbin sinif otaqlarında, laboratoriyalarında və müxtəlif təyinatlı digər otaqlarda yüksək səviyyəli təhsil almaq üçün hər cür şərait yaradılmışdır.

Dövlətimizin başçısı siniflərdə dərs prosesi üçün yaradılmış şəraitlə tanış oldu.
İnformatika otağında yaradılan şəraitlə tanışlıq zamanı bildirildi ki, bütün kompyuterlər internetə qoşulmuşdur.

Məlumat verildi ki, məktəbin akt zalı müxtəlif tədbirlərin keçirilməsi üçün əlverişli şəraitə malikdir. Şagirdlər nəzəri biliklərini laboratoriyalarda təcrübələrlə daha da möhkəmləndirəcəklər.

Qeyd edildi ki, məktəbin inzibati otaqları rahatlığı ilə diqqəti cəlb edir. Məktəbin kitabxanasında 5 mindən artıq vəsait toplanmışdır. Burada Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətini əks etdirən guşə də yaradılmışdır.

Prezident İlham Əliyev məktəbin müasir tələblərə cavab verən idman zalında gənc idmançılarla görüşdü, onlarla söhbət etdi, xatirə şəkli çəkdirdi.

Dövlətimizin başçısı məktəbdə yaradılmış şəraitdən razılığını bildirdi.

---------
19:22

AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Yeni Azərbaycan Partiyası (YAP) Goranboy rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak etmişdir.

Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, binanın tikintisinə 2010-cu ilin noyabrında başlanmışdır. Dörd yüz kvadratmetr sahəsi olan ikimərtəbəli binanın həyətində YAP-ın yaradıcısı, ulu öndər Heydər Əliyevin portreti, ikinci mərtəbədə isə büstü qoyulmuşdur. Büstün ətrafında ümummilli liderin və Prezident, YAP-ın sədri İlham Əliyevin partiya qurultaylarında iştiraklarını əks etdirən fotolar vardır. Ümumilikdə inzibati bina 9 otaqdan və konfrans zalından ibarətdir.
Səksən nəfərlik konfrans zalında respublika və rayon əhəmiyyətli tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. Buradakı bütün otaqlarda səmərəli fəaliyyət üçün hər cür şərait yaradılmışdır. İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi də xüsusi diqqətdə saxlanmışdır. Bütün otaqlar lazımi avadanlıqla təchiz edilmişdir. Binada ilin bütün fəsillərinə uyğun müasir havalandırma və digər sistemlər quraşdırılmış, həyətyanı sahə yaşıllaşdırılmışdır.

Bildirildi ki, partiyanın rayon təşkilatı 1995-ci ilin yanvarında 38 ilk ərazi təşkilatının iştirakı ilə təsis olunmuşdur. Rayon təşkilatının üzvlərinin 33 faizini gənclər, 51 faizini isə qadınlar təşkil edir.

Prezident İlham Əliyev görülən işlərdən razılığını bildirdi, tapşırıq və tövsiyələrini verdi.

---------
19:20

AzərTAc xəbər verir ki, yanvarın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Goranboy Mədəniyyət Evinin əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak etmişdir.

Dövlətimizin başçısına məlumat verildi ki, binanın təmiri zamanı işlərin yüksək səviyyədə görülməsinə xüsusi diqqət yetirilmişdir. Binanın foyesində ümummilli lider Heydər Əliyevin büstü qoyulmuşdur. Burada ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə mədəniyyətin və incəsənətin inkişafına göstərdikləri qayğını əks etdirən fotoguşələr yaradılmışdır.

Qeyd edildi ki, Mədəniyyət Evinin zalında rayon əhəmiyyətli tədbirlərin yüksək səviyyədə təşkili üçün hərtərəfli şərait vardır. İnzibati otaqlar binanın ikinci mərtəbəsində yerləşir.
Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki, 1960-cı ildə istifadəyə verilən Mədəniyyət Evi uzun müddət təmir olunmadığından yararsız hala düşmüşdü. Burada əsaslı təmir və yenidənqurma işlərinə 2011-ci ilin yanvarında başlanılmışdır. Görülən təmir-bərpa işləri nəticəsində binanın zalı, foyesi və otaqları yenidən qurulmuş, giriş hissəsi müasir memarlıq üslubunda inşa edilmişdir. Müasir avadanlıqla təchiz edilmiş Mədəniyyət Evinin binası üzlük daşla örtülmüşdür.

Dövlətimizin başçısı Mədəniyyət Evinin böyük zalı ilə də tanış oldu. Bildirildi ki, 400 nəfərlik zalda müxtəlif tədbirlərin keçirilməsi üçün lazımi şərait yaradılmışdır.

Prezident İlham Əliyev Goranboy şəhər uşaq incəsənət məktəbinin xor kollektivinin ifasında bəstəkar Oqtay Zülfüqarovun “Mehriban insanlar” mahnısını dinlədi.

Mədəniyyət Evi ilə tanış olan Azərbaycan Prezidenti kollektivə uğurlar arzuladı.

Sonda xatirə şəkli çəkdirildi.

---------
18:55

AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Goranboya səfəri çərçivəsində şahmat məktəbinin açılışında iştirak etmişdir.

Dövlətimizin başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, məktəbin tikintisinə 2011-ci ilin əvvəlində başlanmışdır. Yüksək səviyyədə aparılmış inşaat işləri ötən ilin sonlarında başa çatdırılmışdır. İkimərtəbəli məktəb Goranboyda uşaqların şahmatın sirlərinə dərindən yiyələnmələri üçün lazımi avadanlıqla təchiz olunmuşdur. Məktəbin ətrafında müasir işıqlandırma sistemi quraşdırılmış, yaşıllıqlar salınmışdır.

Məlumat verildi ki, şahmat məktəbi əvvəllər məşğələlərin keçirilməsi üçün lazımi şəraiti olmayan binada yerləşirdi. Məktəb üçün şəhərin Heydər Əliyev prospektində ümumi sahəsi 300 kvadratmetr olan yeni bina inşa edilmişdir. Müasir memarlıq üslubunda tikilmiş məktəbin həyətində uşaqların açıq havada şahmat oynamaları üçün də geniş sahə yaradılmışdır.

Məktəblə tanışlıq zamanı Azərbaycan Prezidentinin diqqətinə çatdırıldı ki, binanın hər iki mərtəbəsində oyun zalları yaradılmışdır. Zallarda eyni vaxtda 50-dək şahmatçı görüş keçirə bilər. Buradakı tədris otaqları lazımi avadanlıqla təchiz olunmuşdur. Elektron biliklərin əldə olunması və müasir yeniliklərin qavranılması üçün ayrıca kompyuter otağı da yaradılmışdır. Bu da dərslərin kompyuter vasitəsilə keçirilməsinə, ən son yeniliklərin qısa müddətdə öyrənilməsinə şərait yaradır. Məktəbdə Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təhsilin inkişafına göstərdikləri diqqət və qayğını əks etdirən fotogüşlər yaradılmışdır. Ümumilikdə, məktəbdə 494 uşağa şahmat dərsləri keçilir.

Qeyd edildi ki, şahmat məktəbi respublika səviyyəli yarışlara da ev sahibliyi etməyə hazırdır. Təsadüfi deyildir ki, Goranboy şahmatçıları son illərdə beynəlxalq və respublika şahmat turnirlərində medal, diplom və kuboklara layiq görülmüşlər.

Prezident İlham Əliyev məktəbdə yaradılan şəraiti yüksək qiymətləndirdi.

---------
18:47

Azərbyacan Prezidenti İlham Əliyev yanvarın 21-də Goranboyda 525 məcburi köçkün ailəsi üçün inşa edilmiş beşmərtəbəli 9 yaşayış binasından ibarət məhəllənin açılışında iştirak etmişdir.

Dövlətimizin başçısı əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirə abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Sonra Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Prezident İlham Əliyevə Naftalan şəhərində məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları sanatoriyalardakı ağır şərait və Goranboyda məcburi köçkün ailələri üçün hündürmərtəbəli yaşayış binalarından ibarət məhəllənin baş planı və texniki-iqtisadi göstəriciləri barədə məlumat verdi.

Qeyd edildi ki, yeni binalardan səkkizi 60, biri isə 45 mənzillidir. Mənzillər bir, iki, üç və dörd otaqlıdır. Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə salınan bu məhəllədə bütün lazımi tədbirlər görülmüşdür. Mənzillərin elektrik, istilik və su ilə təchizatı yüksək səviyyədə həyata keçirilmişdir.

Bildirildi ki, ümumiyyətlə, Goranboy rayonu ərazisində indiyədək 2 min 150 ailə, o cümlədən 208 daimi məskunlaşmamış qaçqın və 1942 məcburi köçkün ailəsi üçün 6 qəsəbə və 690 mənzilli 12 beşmərtəbəli binadan ibarət bir məhəllə salınmışdır.

Prezident İlham Əliyev Xocalı rayonundan məcburi köçkün Qədim Sadıqovun mənzilində oldu, burada yaradılan şəraitlə maraqlandı. Q.Sadıqov qaçqın və məcburi köçkün ailələrinə göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına təşəkkür etdi.

Sonra Azərbaycan Prezidenti məhəllədə inşa olunmuş Xocalı şəhər 1 nömrəli musiqi məktəbində yaradılmış şəraitlə tanış oldu.

Məktəbin foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Xocalıdan olan məcburi köçkünlərlə görüşlərini əks etdirən fotostendlər yaradılmışdır. Burada ayrıca “Xocalı faciəsi - xalqın qan yaddaşı” adlı fotoguşə də vardır. Foyedə, həmçinin ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə mədəniyyətin inkişafına göstərdikləri diqqət və qayğını, eləcə də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təhsillə bağlı həyata keçirdiyi irimiqyaslı layihələri əks etdirən guşələr yaradılmışdır.

Məlumat verildi ki, musiqi məktəbində tar, qarmon, nağara və fortopiano sinifləri yaradılmışdır.Burada uşaqların musiqini dərindən mənimsəmələri üçün hər cür şərait vardır.

Prezident İlham Əliyev məktəbin zalında Xocalı rayonundan olan məcburi köçkünlərin ifasında musiqi nömrələrini dinlədi, onlarla xatirə şəkli çəkdirdi.

Daha sonra Prezident İlham Əliyev yeni məhəllənin sakinləri ilə görüşdü.

Məcburi köçkün Məmməd Baxışov onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidentinə minnətdarlıq etdi.

Sonda xatirə şəkli çəkdirildi.
 
---------
18:40

AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Goranboy rayonuna gəlmişdir.

Dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin Goranboy şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Azərbaycan Prezidentinə abidə ətrafında aparılan abadlıq və tikinti-quruculuq işləri barədə məlumat verildi.

---------
14:23

AzərTAc xəbər verir ki, yanvarın 21-də Azərbaycan Prezidenti İlham Əliyev Gəncədə inşa olunan “Qala” kompleksinin tikinti işlərinin gedişi ilə tanış olmuşdur.

Dövlətimizin başçısı Gəncənin Bakıdan girişinin eskiz layihəsi ilə tanış oldu. Məlumat verildi ki, inşasına ötən ilin aprelində başlanılan “Qala” kompleksi şəhərin girişində, Gəncə-Bakı magistral yolunun hər iki tərəfində tikilir. Yolun sağı və solu genişləndirilərək 22 metrə çatdırılmışdır. Qala divarının hər birinin uzunluğu 47, hündürlüyü 15 metr, qala qülləsinin hündürlüyü isə 22 metrdir. Yol boyu hər iki tərəfdə istinad divarları tikilir. Qalanın Gəncə qapılarının eni 5, hündürlüyü 7 metrdir. Yuxarı hissədə 6 metr diametrində Gəncənin gerbi və gerbin hər tərəfində tuncdan hazırlanmış şir heykəlləri qoyulacaqdır.

Qeyd edildi ki, qalanın qarşısında “Xəmsə” bulağı inşa ediləcəkdir. Bundan başqa, “Qala” və Nizami Gəncəvinin məqbərə kompleksləri arasındakı 4,6 kilometrlik yol yenidən qurulur. Yol boyu Nizaminin “Xəmsə”sinə daxil olan əsərlərin adları həkk edilmiş 5 nəhəng kitab-abidə memarlıq elementi, habelə şairin ölməz qəhrəmanlarının obrazlarını canlandıran heykəllərin ucaldılması və fəvvarələrin tikilməsi nəzərdə tutulur. Yol boyu park zolağı salınacaq, 3 fəvvarə inşa ediləcəkdir.

Prezident İlham Əliyev müvafiq tapşırıq və tövsiyələrini verdi.

---------
14:21

AzərTAc xəbər verir ki, yanvarın 21-də Azərbaycan Prezidenti İlham Əliyev Gəncədəki “İmamzadə” kompleksində aparılan təmir-bərpa və tikinti işlərinin gedişi ilə tanış olmuşdur.

Dövlətimizin başçısı kompleksin eskiz layihələri ilə tanış oldu. Məlumat verildi ki, kompleksin yerləşdiyi 2 hektardan çox ərazidə indiyədək xeyli iş görülmüşdür. On min kvadratmetrdən çox əraziyə asfalt örtüyü salınmış, 4 min 400 poqonmetr bəzəkli səki daşları döşənmişdir.
Hazırda ərazidə uzunluğu 100, eni 15 metr olan sahədə dini ayinlərin icra edilməsi üçün müxtəlif tikililər inşa edilir, müasir işıqlandırma sistemi quraşdırılır. Layihə üzrə nəzərdə tutulan 36 günbəz artıq inşa edilmiş, 5 böyük günbəzin quraşdırılması isə başa çatmaq üzrədir. Dövlətimizin başçısının müvafiq Sərəncamı ilə Prezidentin ehtiyat fondundan ayrılan 3 milyon manat vəsait hesabına həyata keçirilən təmir-bərpa və tikinti işləri yüksək keyfiyyətlə icra olunur.

Bildirildi ki, “İmamzadə”, yaxud “Göy imam” türbəsi VIII əsrə aid tarixi abidədir. Burada beşinci imam Məhəmməd Bağırın oğlu İbrahim dəfn olunmuşdur. “İmamzadə” türbəsinin tikintisi XIV əsrin sonu-XV əsrin əvvəllərinə təsadüf edir. Ətrafındakı məscid, sərdaba və digər türbələr isə XVII-XVIII əsrlərdə inşa edilmişdir. Bütün bu tikililər əzəmətli dini-tarixi kompleks kimi bu günədək qorunub saxlanmışdır. Müxtəlif vaxtlarda dağıntılara məruz qalan “İmamzadə” kompleksi sonuncu dəfə XIX əsrdə bərpa edilmişdir. Buna görə də kompleksdə bərpa işlərinə ehtiyac duyulurdu. Prezident İlham Əliyevin kompleksin bərpası ilə bağlı imzaladığı Sərəncam isə bu baxımdan tarixi əhəmiyyətə malikdir.

Qeyd edildi ki, orta əsr Azərbaycan memarlığının dəyərli nümunələrindən olan bu kompleks Şərqin qədim karvan-ticarət yolunun üzərində yerləşmişdir. “İmamzadə” əsrlərdən bəri Azərbaycandan, eləcə də başqa ölkələrdən gələn müsəlmanların ziyarətgahına çevrilmişdir. Bu dini mərkəz Gəncənin qədimliyini sübut etməklə yanaşı, şəhərin İslam aləmindəki yerini və nüfuzunu da göstərir.

Dövlətimizin başçısı kompleksdə işlərin yüksək səviyyədə aparılması ilə bağlı tapşırıq və tövsiyələrini verdi.

---------
14:17

AzərTAc xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 21-də Gəncə şəhərində Heydər Əliyev Mərkəzinin təməlqoyma mərasimində iştirak etmişdir.

İnşaatçılar dövlətimizin başçısını hərarətlə qarşıladılar.

Prezident İlham Əliyev Heydər Əliyev Mərkəzinin layihəsi ilə tanış oldu. Qeyd edildi ki, mərkəzin yaxınlığında eni 20, uzunluğu 50, hündürlüyü isə 36 metr olan “Zəfər tağı” inşa ediləcəkdir. “Zəfər tağı”nın ətrafı seyr etmək üçün 30 metr hündürlüyündə meydançası da olacaqdır. Meydançaya qalxmaq üçün 2 lift və pilləkənin quraşdırılması nəzərdə tutulur.

Bildirildi ki, mərkəzin üç mərtəbədən ibarət olacaq binasının ümumi sahəsi 4 min 500 kvadratmetrdir. Birinci mərtəbədə sərgi zalı, ikinci mərtəbədə Azərbaycanın tarixini və müasir inkişafını əks etdirən ekskursiya zalı, elektron və adi kitabxana, üçüncü mərtəbədə köməkçi otaqlar, müşavirə-konfrans zalı və 400 yerlik iclas zalı olacaqdır.

Prezident İlham Əliyev mərkəzin təməlini qoydu.

Dövlətimizin başçısı beton qarışığı tökən qurğunun düyməsini basdı.

Azərbaycan Prezidenti mərkəzin tikintisinin yüksək səviyyədə aparılması ilə bağlı tapşırıq və tövsiyələrini verdi.

---------
14:12

AzərTAc xəbər verir ki, yanvarın 21-də Azərbaycan Prezidenti İlham Əliyev Gəncəyə səfəri çərçivəsində “Xəmsə” abidə kompleksində Nizami Gəncəvinin heykəlinin açılışında iştirak etmişdir.

Dövlətimizin başçısı dahi şairin heykəlinin üzərindən örtüyü götürdü, önünə gül dəstəsi qoydu.

Məlumat verildi ki, Nizami Gəncəvinin əsərlərinin motivlərinə həsr olunmuş kompleksin inşasında qədim Azərbaycan memarlığına istinad edilmişdir. “Xəmsə” abidə kompleksi 8 künc, bürc, şam, çarhovuz və digər elementlərdən istifadə edilərək ucaldılmışdır.
Kompleksdə Nizami Gəncəvinin “Leyli və Məcnun”, “Sirlər xəzinəsi”, “Yeddi gözəl”, “Xosrov və Şirin”, “İskəndərnamə” poemalarının hər birinə aid abidə qoyulmuşdur. Bununla da Nizami yaradıcılığını əks etdirən son dərəcə nadir bir sənət abidəsi ərsəyə gəlmişdir.

Keçmişə bağlılıq, əcdadlarımızdan gələn mədəni dəyərlərin qorunub saxlanılması Prezident İlham ƏIiyevin yürütdüyü siyasətin təməl prinsiplərindən biridir. Nizami Gəncəvinin xatirəsinin əbədiləşdirilməsi istiqamətində atılan mühüm addımlardan olan “Xəmsə” abidə kompleksi də dövlətimizin başçısının Nizami yaradıcılığına verdiyi önəmi bir daha təsdiqləyir.

---------
14:10

AzərTAc xəbər verir ki, yanvarın 21-də Azərbaycan Prezidenti İlham Əliyev Gəncədəki Bayraq Meydanında görülən işlərlə tanış olmuşdur.

Dövlətimizin başçısına məlumat verildi ki, Gəncə çayının sağ sahilində inşa olunan Bayraq Meydanı son dövrdə şəhərdə həyata keçirilən mühüm layihələrdən biridir. Burada 100 metr hündürlükdə dalğalanan üçrəngli bayrağın uzunluğu 50, eni 25 metr, postamentin hündürlüyü isə 4 metrdir. Meydandakı qranit lövhənin üzərində Azərbaycanın dövlət himni və gerbi əks olunmuşdur. Meydanın ətrafında abadlıq və yaşıllaşdırma işləri aparılmışdır.

Prezident İlham Əliyev dövlət bayrağını qaldırdı.

Görülmüş işlərdən razılığını bildirən dövlətimizin başçısı müvafiq tapşırıq və tövsiyələrini verdi.

---------
14:09

AzərTAc xəbər verir ki, yanvarın 21-də Azərbaycan Prezidenti İlham Əliyev Gəncəyə səfəri çərçivəsində Nəriman Nərimanov parkının açılışında iştirak etmişdir.

Dövlətimizin başçısı parkın əvvəlki və sonrakı görüntülərini əks etdirən stendlərə baxdı, burada yaradılmış şəraitlə tanış oldu.

Azərbaycan Prezidentinə məlumat verildi ki, ümumi sahəsi 4 min 823 kvadratmetr olan Nəriman Nərimanov parkında geniş tikinti-quruculuq və abadlıq işləri aparılmış, yeni fəvvarə inşa edilmişdir. Gəncə sakinlərinin və şəhərə gələn qonaqların istirahəti üçün hər cür şəraitin yaradıldığı parkda görkəmli dövlət xadimi və mütəfəkkir Nəriman Nərimanovun büstü qoyulmuşdur. Burada salınan yaşıllıq zolaqları parkı istirahət üçün əvəzsiz məkana çevirmişdir.

Bildirildi ki, Gəncədə park və xiyabanların əsaslı təmiri və yenidən qurulması, o cümlədən Nəriman Nərimanov parkının gözoxşayan görkəmə qaytarılması bölgələrimizin inkişafı istiqamətində atılan mühüm addımlardan biridir. Parkın dizaynına özünəməxsus elementlər əlavə edilmiş, zövqlü formalarla zənginləşdirilmişdir.

Parkda yaradılmış şəraitlə tanış olan Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirdi.

---------
14:00

AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Gəncədə dahi Nizaminin məqbərəsi ətrafında aparılan yenidənqurma işləri ilə tanış olmuşdur.

Dövlətimizin başçısı məqbərənin ətrafında görülən işlərlə bağlı stendlərə baxdı. Məlumat verildi ki, dahi Nizaminin vətəni olan Gəncədə böyük mütəfəkkirin məqbərəsinin yenidən qurulması son illərdə ölkəmizdə aparılan abadlıq-quruculuq işlərinin tərkib hissəsidir. Burada 7 min 540 kvadratmetr sahəyə qranit lövhə döşənmiş, dörd hovuz, iki şəlalə və fəvvarə yenidən inşa edilmiş, beş buta qranitlə üzlənmiş, bir süni göl və körpü yenidən təmir olunmuşdur. Məqbərənin qarşısından keçən yolun hər iki tərəfindəki istinad divarları da yenidən qurulmuşdur. Burada 11 hektar ərazidə yaşıllıq zolaqları salınmış, dekorativ ağaclar əkilmişdir.

Azərbaycan Prezidentinin diqqətinə çatdırıldı ki, məqbərənin qarşısında dahi şairin muzeyinin tikilməsinə başlanmışdır. Tikintisində Azərbaycanın tarixi-memarlıq üslubuna daha geniş yer veriləcək ikimərtəbəli muzeyin ümumi sahəsi 540 kvadratmetr olacaqdır. Bu muzeyin tikilməsi Nizami Gəncəvinin həyat və yaradıcılığının öyrənilməsi və gələcək nəsillərə çatdırılması istiqamətində mühüm addım olacaqdır.

Prezident İlham Əliyev Nizami Gəncəvinin məzarı üzərinə gül dəstəsi qoydu.

Dövlətimizin başçısı müvafiq tapşırıq və tövsiyələrini verdi.

Nizami irsi uzun zamandan bəri dünya elmi-ədəbi fikrinin diqqət mərkəzindədir. Ölkəmizdə dahi şairin əsərləri dəfələrlə nəşr olunmuş, ədəbi irsinin öyrənilməsi və tanıdılması istiqamətində xeyli iş görülmüş, çoxlu sayda tədqiqatlar meydana gətirilmiş, eləcə də dünya nizamişünaslığında ilk dəfə olaraq əsərlərinin elmi-tənqidi mətni hazırlanmışdır. Bu proseslərin intensivləşməsi əsasən Nizami Gəncəvinin anadan olmasının 800 illik yubileyi ərəfəsinə təsadüf edir. Dahi şairin yubileyinin dövlət səviyyəsində qeyd olunması ilə bağlı ilk qərar 1939-cu ildə qəbul edilmişdir. Lakin İkinci Dünya müharibəsinin baş verməsi ilə əlaqədar yubileyin yalnız 1947-ci ildə keçirilməsi mümkün olmuşdur. Həmin illərdə Gəncədə dəfn olunduğu yerdə böyük filosof-şair Nizaminin möhtəşəm məqbərəsi ucaldılmış, xatirəsinin əbədiləşdirilməsi istiqamətində silsilə tədbirlər həyata keçirilmişdir. 1970-ci illərdə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilən “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” qərar bu istiqamətdə kompleks vəzifələr irəli sürərək, Nizami irsinin və ümumən orta əsrlər Azərbaycan mədəniyyətinin sistemli araşdırılması üçün geniş perspektivlər açmışdır.

Prezident İlham Əliyevin ötən ilin dekabrında Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi ilə bağlı Sərəncamı xüsusi əhəmiyyət kəsb edir. Məhz bu Sərəncam Nizami yaradıcılığının daha mükəmməl tədqiqinə stimul verərək şairin xatirəsinin əbədiləşdirilməsi istiqamətində də mühüm addımdır.

---------
13:54

AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də “DET AL” Alüminium MMC-nin Gəncə alüminium zavodu kompleksinin açılışında iştirak etmişdir.

---------
13:14

AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Gəncəyə səfəri çərçivəsində Cavad xan küçəsində aparılan abadlıq-quruculuq işləri ilə tanış olmuşdur.

---------
12:57

AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Gəncə şəhərinə gəlmişdir.

Dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək gül dəstəsi qoydu.

Sonra Azərbaycan Prezidentinə Gəncə şəhərinin baş meydanında görülən işlər barədə məlumat verildi.

Dövlətimizin başçısının diqqətnə çatdırıldı ki, son illər regionların inkişafı istiqamətində görülən işlər Gəncədə şəhər infrastrukturunun yenilənməsi, sosial və istehsal təyinatlı yeni müəssisələrin işə düşməsi ilə müşayiət olunmuşdur. Gəncənin inkişaf proqramı işlənib hazırlanmışdır və bu proqram hazırda uğurla icra edilir.

Prezident İlham Əliyevin dəfələrlə Gəncəyə etdiyi səfərlər şəhərin həyatında mühüm dəyişikliklərin əldə olunması ilə yadda qalmışdır. Dövlətimizin başçısı Gəncənin müasirləşdirilməsi istiqamətində işlər aparılarkən milli xüsusiyyətləri də unutmamağı tövsiyə etmişdir. Gəncənin tarixi simasını və ənənəvi memarlıq üslubunu qoruyub saxlamaqla şəhəri müasirləşdirmək barədə qərar da Azərbaycan Prezidentinin tövsiyələrinə uyğun qəbul olunmuşdur. Bundan başqa, Prezident İlham Əliyevin tapşırığına əsasən Gəncənin memarlıq ansamblına şəhərin qədimliyini nəzərə çarpdıran monumentalizm ünsürlərinin əlavə edilməsi qərara alınmışdır. Prezident İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın diqqət və qayğısı nəticəsində Gəncədə tarixi-memarlıq abidələrinin bərpası sahəsində böyük işlər görülmüşdür.

X X X

AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Gəncə Dövlət Filarmoniyası binasının təməlqoyma mərasimində iştirak etmişdir.

İnşaatçılar dövlətimizin başçısını hərarətlə qarşıladılar.

Məlumat verildi ki, filarmoniyanın köhnə binası qəzalı vəziyyətdə olduğu üçün onun sökülməsinə, “Bakı” kinoteatrı və Uşaq Yaradıcılıq Mərkəzinin yerində isə yeni binanın tikilməsinə qərar verilmişdir. Bir hektardan çox ərazidə tikiləcək altımərtəbəli yeni binada layihə üzrə 1200 tamaşaçı yeri olan konsert zalı, 2 kinozal, açıq havada yay estradası meydanı, şəkil qalereyası, baxış qülləsi yaradılacaqdır. Hündürlüyü 26 metrə yaxın olacaq binada restoran və kafelərin, o cümlədən 800 kvadratmetrlik yeraltı qarajın tikilməsi də nəzərdə tutulur.

Prezident İlham Əliyev Gəncə Dövlət Filarmoniyasının təməlini qoydu.

Dövlətimizin başçısı beton qarışığı tökən qurğunu işə saldı.

Milli.Az

-----------------
22.01.2012
21:02

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Goranboy rayonunda təmas xəttindəki “N” saylı hərbi hissədə olmuşdur





















---------
17:51

Prezident İlham Əliyev Goranboyda Nizami Gəncəvi adına parkın açılışında iştirak etmişdir





---------
17:24

Azərbaycan Prezidenti İlham Əliyev Goranboy şəhər 3 nömrəli tam orta məktəbin yeni binasının açılışında iştirak etmişdir

















---------
17:15

Azərbaycan Prezidenti İlham Əliyev Goranboyda şahmat məktəbinin açılışında iştirak etmişdir









Prezident İlham Əliyev Goranboy Mədəniyyət Evinin əsaslı təmirdən sonra açılışında iştirak etmişdir



Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak etmişdir





---------
16:41

Prezident İlham Əliyev Goranboyda 525 məcburi köçkün ailəsi üçün salınmış məhəllənin açılışında iştirak etmişdir







































---------
16:25

Azərbaycan Prezidenti İlham Əliyev Goranboyda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmişdir





------------------
21.01.2012
21:27

Böyütmək üçün şəkillərə klikləyin.

Azərbaycan Prezidenti İlham Əliyevin Gəncə şəhərinə və Goranboy rayonuna səfəri
Gəncə şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət














Azərbaycan Prezidenti İlham Əliyev Gəncə Dövlət Filarmoniyası binasının təməlqoyma mərasimində iştirak etmişdir









---------
21:55

Prezident İlham Əliyev Gəncədəki Cavad xan küçəsində aparılan abadlıq-quruculuq işləri ilə tanış olmuşdur













---------
22:02

Azərbaycan Prezidenti İlham Əliyev “DET AL” Alüminium MMC-nin Gəncə alüminium zavodu kompleksinin açılışında iştirak etmişdir



























Prezident İlham Əliyev Gəncədə dahi Nizaminin məqbərəsi ətrafında aparılan yenidənqurma işləri ilə tanış olmuşdur











---------
22:14

Azərbaycan Prezidenti İlham Əliyev Gəncədə Nəriman Nərimanov parkının açılışında iştirak etmişdir





---------
22:35

Prezident İlham Əliyev Gəncədəki Bayraq Meydanında görülən işlərlə tanış olmuşdur







Prezident İlham Əliyev Gəncədəki “Xəmsə” abidə kompleksində Nizami Gəncəvinin heykəlinin açılışında iştirak etmişdir





---------
22:42

Azərbaycan Prezidenti İlham Əliyev Gəncədə Heydər Əliyev Mərkəzinin təməlqoyma mərasimində iştirak etmişdir











---------
22:59

Prezident İlham Əliyev Gəncədəki “İmamzadə” kompleksində aparılan təmir-bərpa və tikinti işlərinin gedişi ilə tanış olmuşdur





Prezident İlham Əliyev Gəncədə “Qala” kompleksinin tikinti işlərinin gedişi ilə maraqlanmışdır







Foto: AzərTAc
URL: http://www.milli.az/news/politics/92560.html

Səhvlər barədə məlumat vermək

Çap üçün versiya

Oxunub: 2920

Dosta tövsiyə

  • Sizin A.S.A.:
  • Sizin E-mail ünvanınız:
  • Dostunuzun A.S.A.:
  • Dostunuzun E-mail ünvanı: