Bank of Baku: BOLKART-la AL, BALA-BALA ödə! Azərbaycan Beynəlxalq Bankının xəbərləri

Milli.Az / Siyasət

Əli Həsənov: "Fransa parlamentinin qəbul etdiyi qanun düçüncə və söz azadlığına ciddi zərbədir"

25 Yanvar 2012 [12:50] - MİLLİ.AZ
Fransa parlamentinin “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyəti nəzərdə tutan qanunu qəbul etməsi düçüncə və söz azadlığına ciddi zərbədir. Trend-in məlumatına görə, bunu Türkiyənin “Anadolu” agentliyinə Azərbaycan Prezidenti Administrasiyasının İctimai siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

Əli Həsənov bildirib ki, qanunun qəbul edilməsi müasir Fransa tarixində qara ləkədir.

Yanvarın 23-də Fransa Senatı təxminən səkkiz saatlıq müzakirələrdən sonra qondarma “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyətinin tətbiqi barədə qanun layihəsini qəbul edib. Qanun layihəsinin lehinə 127, əleyhinə 86 senator səs verib. Qanun layihəsi qondarma “erməni soyqırımı”nı inkar edənlərə qarşı bir ilədək azadlıqdan məhrumetmə cəzası və 45 min avro həcmində cəriməni nəzərdə tutur.

Milli.Az
URL: http://www.milli.az/news/politics/93267.html

Səhvlər barədə məlumat vermək

Çap üçün versiya

Oxunub: 313

Dosta tövsiyə

  • Sizin A.S.A.:
  • Sizin E-mail ünvanınız:
  • Dostunuzun A.S.A.:
  • Dostunuzun E-mail ünvanı: