Bank of Baku: BOLKART-la AL, BALA-BALA ödə! Azərbaycan Beynəlxalq Bankının xəbərləri

Milli.Az / Siyasət

AŞPA-da Dağlıq Qarabağ üzrə Alt Komitənin fəaliyyəti müzakirə olunub

27 Yanvar 2012 [16:05] - MİLLİ.AZ
Avropa Şurası Parlament Assambleyasının qış sessiyası çərcivəsində Büronun bugünkü iclasında qurumun Dağlıq Qarabağ üzrə Alt Komitəsi ilə bağlı məsələyə toxunulub. Bu barədə Trend-ə açqlamasında AŞ PA sədri Jan-Klod Minyon deyib.

“Büronun bu səhər keçirilən iclasında bu məsələ müzakirə olunub. Dağlıq Qarabağ üzrə Alt Komitənin fəaliyyətini tez bir zamanda yenidən bərpa etməmək haqqında qərar verildi. Bizə bu barədə hərtərəfli düşünmək üçün vaxt lazımdır. AŞPA-nın aprel ayında keçiriləcək yaz sessiyasında Alt Komitənin gələcək fəaliyyətinə dair qərar vermək üçün bu məsələni yenidən 9 mart 2012-ci ildə Büronun Parisdə keçirilən iclasında müzakirə edəcəyik”, - Minyon əlavə edib.

Onun sözlərinə görə, Alt Komitənin fəaliyyətinin yenidən qurulması və davam etdirilməsi mümkündür. Bu, həm də yeganə variant deyil.

“Digər variant odur ki, Dağlıq Qarabağ üzrə Alt Komitəni yenidən yaratmırıq və Dağlıq Qarabağ münaqişəsinin həlli yolunun tapılması ilə ATƏT-in Minsk qrupu məşğul olur. Bunu dəqiq demək üçün hələ ki, elementlər yoxdur. Bu, bir variantdır. Alt Komitənin fəaliyyəti ilə bağlı martda bir daha müzakirə aparacağıq. Mən Dağlıq Qarabağ məsələsi ilə yaxından məşğul olmaq niyyətindəyəm”, - Minyon deyib.

Milli.Az
URL: http://www.milli.az/news/politics/93742.html

Səhvlər barədə məlumat vermək

Çap üçün versiya

Oxunub: 104

Dosta tövsiyə

  • Sizin A.S.A.:
  • Sizin E-mail ünvanınız:
  • Dostunuzun A.S.A.:
  • Dostunuzun E-mail ünvanı: