Bank of Baku: BOLKART-la AL, BALA-BALA ödə! Azərbaycan Beynəlxalq Bankının xəbərləri

Milli.Az / Siyasət

AŞPA-da Fransa Senatının qərarı əleyhinə bəyanat qəbul edilib

27 Yanvar 2012 [19:36] - MİLLİ.AZ
Avropa Şurası Parlament Assambleyasının qız sessiyasının son iclasında Türkiyənin qurumdakı nümayəndə heyəti “Söz azadlığının məhdudlaşdırılması təhlükəsi” adlı yazılı bəyanat yayıb. APA-nın məlumatına görə, AŞPA-da təmsil olunan 58 millət vəkili, o cümlədən Azərbaycan nümayəndə heyətinin üzvləri tərəfindən imzalanan yazılı bəyanatda Fransa Senatının yanvarın 23-də qəbul etdiyi 229 saylı qanuna təklif layihəsinin Avropa İnsan Hüquqları Konvensiyasında öz əksini tapmış söz və ifadə azadlığına birbaşa zərbə olduğu bildirilir.

Bəyanatda Senatın qəbul etdiyi məlum qanunun fikir azadlığını, fərdi fikirlərin müdafiəsi hüququnu, eləcə də müstəqil araşdırma aparma hüquqlarını məhdudlaşdırdığı vurğulanır. Eyni zamanda, qanun layihəsinin Fransa Konstitusiyasına da zidd olduğu bildirilən sənəddə qeyd olunur ki, qədim demokratik ənənələri olan bir ölkədə fundamental insan hüquqlarının pozulması Avropanın nüfuzuna və etibarına güclü zərbə vurur və bu qanun digər üzv ölkələr üçün çox pis bir presedent yarada bilər. Bəyanata imza atmış parlamentarlar Avropanın fundamental dəyərləri üzərindəki bu təhlükədən və onun ciddi nəticələrindən olduqca narahat olduqlarını ifadə ediblər.

Milli.Az
URL: http://www.milli.az/news/politics/93809.html

Səhvlər barədə məlumat vermək

Çap üçün versiya

Oxunub: 190

Dosta tövsiyə

  • Sizin A.S.A.:
  • Sizin E-mail ünvanınız:
  • Dostunuzun A.S.A.:
  • Dostunuzun E-mail ünvanı: