Bank of Baku: BOLKART-la AL, BALA-BALA ödə! Azərbaycan Beynəlxalq Bankının xəbərləri

Milli.Az / Siyasət

Yuri Soloduxin: "Heydər Əliyev siyasi fəaliyyətində ədaləti həmişə əsas prinsip kimi rəhbər tuturdu"

27 Yanvar 2012 [20:44] - MİLLİ.AZ
“Heydər Əliyev ölkədə baş verənlər haqqında məlumatları yalnız qəzet və televiziyadan almırdı. O, çox gözəl bilirdi ki, SSRİ-də fəaliyyət göstərən mətbuat və televiziya hər şeyi obyektiv işıqlandırmır”. Bu sözləri AzərTAc-a Heydər Əliyev Fondunun dəvəti ilə Bakıya gəlmiş keçmiş SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, Heydər Əliyevin köməkçisi (1982-1987-ci illərdə) Yuri Soloduxin deyib.

Y.Soloduxin qeyd edib ki, onun funksiyasına hər səhər yerli və xarici mətbuatın yazdıqları barədə Heydər Əliyevə məruzə hazırlamaq da daxil idi: “Məruzəni dinlədikdən sonra Heydər Əliyev köməkçilərini mağazalara, restoranlara, bir sözlə, insanların çox toplaşdığı iaşə obyektlərinə göndərərək onlardan obyektiv məlumatlar alırdı. Mağazalarda uzun növbələr yarananda o, dərhal bunun səbəbini öyrənərək təcili tədbirlər görürdü. Onu ən çox düşündürən məsələ əhalinin yaşayış səviyyəsi idi. Heydər Əliyev kanyuktura naminə heç nə etməzdi. Kremlin digər rəhbər işçilərindən fərqli olaraq Heydər Əliyev hər axşam “Vremya” xəbərlər proqramına baxmamış evə getməzdi. Əgər xəbərlərdə tənqidi material göstərilirdisə onu qeyd edirdi və səhər işə gələn kimi bu problemin aradan qaldırılması ilə məşğul olurdu”.

Y.Soloduxin vurğulayıb ki, Heydər Əliyev rəhbərlik etdiyi sahələrin işini incəliklərinə qədər dərindən bilirdi: “Ona görə də səhiyyə, mədəniyyət və başqa sahələrin rəhbərləri ona balaca bir rəqəmi də yalan deyə bilməzdilər. Ona təqdim etdiyimiz hesabatların hamısını demək olar ki, əzbər bilirdi. Heydər Əliyev özünün siyasi fəaliyyətində ədaləti həmişə əsas prinsip kimi rəhbər tuturdu”.

Milli.Az
URL: http://www.milli.az/news/politics/93816.html

Səhvlər barədə məlumat vermək

Çap üçün versiya

Oxunub: 124

Dosta tövsiyə

  • Sizin A.S.A.:
  • Sizin E-mail ünvanınız:
  • Dostunuzun A.S.A.:
  • Dostunuzun E-mail ünvanı: