Türkiyə ATƏT-in Minsk Qrupunun həmsədrliyindən çıxarılmasını dəstəkləyir. Belə ki, Paris qondarma “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanunu qəbul etməklə obyektivliyini itirib.
Trend-in məlumatına görə, bu barədə Türkiyənin xarici işlər naziri
Əhməd Davudoğlu “CNN Turk” telekanalına müsahibəsində deyib.
“Sarkozi Cənubi Qafqaza səfəri zamanı Ermənistanda iki gün olduğu halda, Azərbaycanda bir neçə saat qalıb. Bu, onun qeyri-obyektivliyinin göstəricisidir” , - Davudoğlu qeyd edib.
Nazir, həmçinin əlavə edib ki, əgər Fransa ATƏT-in Minsk Qrupunda öz missiyasını davam etdirəcəksə, Türkiyə də bu qrupun üzvü olmalıdır.
Əhməd Davudoğlunun sözlərinə görə, Fransanın bu qrupda sədrlik etməsi doğru deyil, belə ki, ölkə bu prosesdə neytrallığını itirib.
Milli.Az