Milli.Az xəbər portalı "Həftəsonu qiraət" layihəsi çərçivəsində oxucumuz Afaq Şıxlının şeirlərini təqdim edir.
Oxucularımızı indiyə qədər heç yerdə dərc olunmamış kiçik həcmli ədəbi-bədii əsərlərini (şeir, hekayə, esse və s.) office@milli.az ünvanına göndərməyə dəvət edirik.Oxucularımızın maraqlı yazıları saytda "Həftəsonu qiraət" bölməsində və xəbər lentində yerləşdiriləcək.SEVGİLİM OLARSANMI?Məni dünyaya saran,
Kədərimi aparan,
Zülmətlərdən qoparan
Ümidim olarsanmı?
Dərdlərimi dağıdan,
Ürəyimi ovudan,
Qəzəbimi soyudan
Sirdaşım olarsanmı?
Duyğuların dindiyi,
Qəlbimin sevindiyi,
Mələklərin endiyi
Nağılım olarsanmı?
Yoluma nur çiləyən,
Mənə uğur diləyən,
Gələcəyə səsləyən
Sabahım olarsanmı?
Dodağımda səslənən,
Ürəyimdə bəslənən,
Şəfəqlərlə süslənən
Sevincim olarsanmı?
Həsrətə sinə gərən,
Göylərdən ulduz dərən,
Qəlbini mənə verən
Sevgilim olarsanmı?
ÖMRÜMÜN BEŞİNCİ FƏSLİUnutma, mən səni unutmamışam...
Yurd salıb getmisən ürəyimdə sən.
Qəlbimi kimləsə ovutmamışam,
Çünki həmişəlik ürəyimdəsən.
Unutma, mən səni sevirəm hələ,
Bu sevgi azalmır, artır günbəgün.
Qayıdıb bir daha dönməsən belə,
Ruhum qovuşacaq ruhuna bir gün.
Sən - yağış ətirli, Günəş nəfəsli,
Qəlbimdə ötəri naxış deyilsən...
Sən - mənim ömrümün Beşinci fəsli,
Nə bahar deyilsən, nə qış deyilsən.
Bilmirəm, heç nələr dəyişdi səni,
Durub-düşünürəm hər səhər-axşam...
Bircə istəyim var: unutma məni!
Unutma, mən səni unutmamışam!
KEÇIR...Özümdən gileyli dayanmışam mən,
Nisgilim gözümün yaşından keçir...
Yuxudan bir az gec oyanmışam mən,
Yolum ucurumun başından keçir...
Gah ağır, gah asan keçir günlərim,
Qolboyun olubdur xeyrim, şərim.
Qəmli sətirlərlə dolub dəftərim,
Yazım da taleyin qışından keçir...
Nədən çat veribdir haqqın ələyi -
Ayıra bilməyir düzdən kələyi?
Ay Afaq, naşımı sevgi mələyi,
Oxları qəlbinin tuşundan keçir?!
Afaq ŞıxlıMilli.Az
Şərh etmək