Bank of Baku: BOLKART-la AL, BALA-BALA ödə! Azərbaycan Beynəlxalq Bankının xəbərləri

Milli.Az / Şou-biznes

Röya və Zamiq Sumqayıtda xarüqələr yaratdı - FOTOSESSİYA

06 Sentyabr 2010 [12:51] - MİLLİ.AZ
“Nar Mobile”ın sponsorluğu, “Ulduz” prodakşnın təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyi dəstəyi ilə keçirilən “Doğma diyar” ölkə üzrə konsert turu çərçivəsində pop ulduzlar Röya və Zamiq 5 sentyabrda Sumqayıt  şəhərində konsert proqramı ilə çıxış ediblər. Milli.Az xəbər portalının məlumatına görə, sumqayıtlılar Röya və Zamiqə göstərdikləri maraqla Türkiyənin məşhur pop müğənnisi Tarkanın aqibətini yaşadıb.

Həmişə konsertlərində şəxsi avtomobilləri fanatlar tərəfindən əhatəyə alınan Tarkanın analoji vəziyyəti Röya və Zamiqdə yaşanıb. Ucadan, aramsız “Röya” və “Zamiq” sədaları eşidən müğənnilər fanatların alqışları ilə səhnəyə çıxıblar.
Konsertdə qısa vaxt ərzində işıqlar sönsə də, bu hal tamaşaçıların və müğənnilərin əhvalını korlaya bilməyib. Konsert uğurla başa çatıb.

Sadiq aparıcılar Samir Bayramlı və Sevinc Ağaşirinov bu dəfə də öz missiyalarını yerinə yetiriblər.

Qeyd edək ki, konsert turu 12 iyul tarixində Qubada başlayıb və artıq Qəbələ, Göyçay, Mingəçevir, Zaqatala, Qazax, Tovuz, Ağdam, Füzuli, Yevlax, Gəncə, Sumqayıt  şəhərlərində keçirilib. Azərbaycanın 15 bölgəsində keçirilən “Doğma diyar” konsert turuna “NarMobile”ın sponsorluğu bu brendin ölkə ərazisində abunəçilərinə ən uyğun qiymətlər və keyfiyyətli xidmətlər təqdim edən mobil operator kimi populyarlığına işarə edir.

Röya və Zamiqin növbəti və son konserti sentyabrın 12-də Bakıda olacaq.

Milli.Az


























































URL: http://www.milli.az/news/showbiz/20521.html

Səhvlər barədə məlumat vermək

Çap üçün versiya

Oxunub: 2895

Dosta tövsiyə

  • Sizin A.S.A.:
  • Sizin E-mail ünvanınız:
  • Dostunuzun A.S.A.:
  • Dostunuzun E-mail ünvanı: