Bank of Baku: BOLKART-la AL, BALA-BALA ödə! Azərbaycan Beynəlxalq Bankının xəbərləri

Milli.Az / Şou-biznes

Müğənni Rəqsanə reanimasiyaya köçürüldü - YENİLƏNİB

06 Sentyabr 2010 [18:40] - MİLLİ.AZ
18:40

Müğənni Rəqsanə İsmayılovanın cərrahiyə əməliyyatı uğurlu keçib. Bu barədə, Milli.Az xəbər portalına müğənninin prodüseri Təranə Səmədova məlumat verib.

“Rəqsanə əməliyyatdan çıxıb, reanimasiya şöbəsinə köçürülüb. Uğurlu əməliyyat keçib, heç bir problem yoxdur. Hazırda narkozun təsiri altındadır.”-deyə, T.Səmədova müğənninin üzündəki qüsurlara görə, əməliyyat olunduğunu bildirdi.

Fuad Mədətov
Milli.Az

____________________

13:40

Azərbaycanın populyar müğənnisi Rəqsanə İsmayılovanın səhhətində ciddi problem yaranıb.

Milli.Az xəbər portlanın Trend Life-a istinadən verdiyi məlumata görə, bu, ifaçısının sayca 10-cu plastik cərrahiyyə əməliyyatı keçirməsindən sonra baş verib.

Rəqsanənin prodüseri Təranə Səmədova bildirib ki, əməliyyat bu gün səhər Bakıdakı Xətai klinikasında keçirilib.

«Səhər Rəqsanə mənə əməliyyata girdiyi haqda SMS yazdı. Sonradan onun bacısı mənə Rəqsanənin səhhətinin kəskin şəkildə pisləşdiyini bildirdi. Rəqsanə telefonu söndürdüyündən onunla əlaqə yarada bilmədim», - deyə Təranə Səmədova bildirib.

Rəqsanənin əməliyyat keçirdiyi klinikadan müğənninin orada olduğunu təsdiqləsələr də, onun səhhəti haqda hər hansı açıqlama verməyiblər.

Milli.Az
URL: http://www.milli.az/news/showbiz/20530.html

Səhvlər barədə məlumat vermək

Çap üçün versiya

Oxunub: 4169

Dosta tövsiyə

  • Sizin A.S.A.:
  • Sizin E-mail ünvanınız:
  • Dostunuzun A.S.A.:
  • Dostunuzun E-mail ünvanı: