Bu il noyabrın 20-də Minskdə keçiriləcək uşaqların «Eurovizion» mahnı müsabiqəsinin aparıcıları bəlli olub.
Milli.Az xəbər portalının Belarus mətbuatına istinadən verdiyi məlumata görə, onların adları bu gün Minskdə düzənlənmiş mətbuat konfransında açıqlanıb.
Mərasimi Belarus Dövlət Universitetinin əslən azərbaycanlı olan tələbəsi Leyla İsmayılova ilə tanınmış teleaparıcı Denis Kuryan idarə edəcəklər. Onlar aparıcıların seçimi üzrə aparılan müsabiqənin son turuna adlamış 6 nəfər arasından seçiliblər. İlkin mərhələdə isə müsabiqəyə aparıcılıq etmək uğrunda 100 nəfər yarışıb.
Jurnalistika fakültəsinin tələbəsi olan Leyla bu işin ona tapşırılmasından məmnun olduğunu söyləyib.
Milli.Az