Bank of Baku: BOLKART-la AL, BALA-BALA ödə! Azərbaycan Beynəlxalq Bankının xəbərləri

Milli.Az / Şou-biznes

Azərbaycanda açılacaq yeni radioda kimlərə qadağa qoyulacaq? - FOTOSESSİYA

07 Sentyabr 2010 [09:48] - MİLLİ.AZ
“Rəhbəri olacağım 100 FM radio dalğasında “bozbaş” mahnılar səslənməyəcək!"
Gənc bəstəkar Emil Şahin studiya açmaqla yanaşı həm də yeni bir radio yaratmaq qərarına gəlib. Bu barədə Milli.Az xəbər portalına ideyanın və preyektin müəllifi olan Emil Şahin özü məlumat verib.

Emilin sözlərinə görə, radio açmaq onun uşaqlıq arzusu olub: “Rəhbəri olacağım 100 FM radio dalğasında yalnız 100 faiz xitlər səslənəcək. Burada Azərbaycanda fəaliyyət göstərən radiolarda uzun illərdir çalışan ən peşəkar insanlar əyləşəcək. Hələ siyahını tam deyə bilmərəm, çünki o hər an dəyişə bilər. İnşallah təmir işlər bitsin, radionun açılış mərasimi baş tutacaq. Açığın desəm, çox səbirsizlənirəm” - deyə layihənin müəllifi bildirib.

"Maraqlıdır, radionun maddi təminatını kim üzərinə götürüb" sualı ilə Emilə müraciət edəndə, belə cavab aldıq: “Burada bütün xərcləri öz üzərimə götürmüşəm. Çünki istədiyim avadanlıq, yaxşı təmir və bir çox şeylər çox baha başa gəlir. Sponsorun gücü çatmaz. Amma mənim çatacaq”.
 
Radionun özəlliyinə gəlincə isə bəstəkar bunları dedi: “Fərq ordadır ki, bu radionun rəhbəri Emil Şahindir və ora hər adam buraxılmayacaq. Bu radionun efirində küçə mahnıları səslənməyəcək. Hər dildə olan mahnılara yer verilsə də, əksəriyyəti bizim öz musiqilərimiz olacaq. Müğənnilər də fərqli olacaq. Hər “bozbaş” mahnılar səslənməyəcək".

Xatırladaq ki, gənc bəstəkarın bir vaxtlar müğənni Rəqsanə ilə qalmaqalı olub. Emil o müğənnin mahnılarını bəyənmədiyini bildirmişdi: “Bilmirəm burda Rəqsanənin mahnıları səslənəcək ya yox. Onu zaman göstərər. Bəlkə Rəqsanə elə mahnı oxuyacaq ki, hər kəs şoka düşəcək?”.

Bəs görəsən toy bazarında özlərinə layiqli yer tutan Üzeyir, Əlikram Bayramov və sair kimi müğənnilərin mahnıları 100 FM-də səsləncəkmi: “Mənim hər kəsə hörmətim var. Ancaq zövqlər müxtəlifdir. Yox!”

Daha bir məsələyə aydınlıq gətirmək istədik. Emil Şahin Azərbaycanın tanınmış aparıcısı Yusif Ağayevlə yaxın dostdur. Emil radio açır, Yüsifin isə ATV-də yayımlanan “106 hause” verilişi bağlanıb. Bəlkə isti münasibətdə olan məşhur similar birlikdə çalışarlar: “Mən Yusiflə işləmək fikrim var. Mən çox şad olardım ki, onun kimi peşəkar və radionu bilən bir aparıcı mənlə işləsin”.

Türkan Məmmədli
Milli.Az


























URL: http://www.milli.az/news/showbiz/20578.html

Səhvlər barədə məlumat vermək

Çap üçün versiya

Oxunub: 3093

Dosta tövsiyə

  • Sizin A.S.A.:
  • Sizin E-mail ünvanınız:
  • Dostunuzun A.S.A.:
  • Dostunuzun E-mail ünvanı: