Bank of Baku: BOLKART-la AL, BALA-BALA ödə! Azərbaycan Beynəlxalq Bankının xəbərləri

Milli.Az / Şou-biznes

Gənc istedadların ayda bir dəfə konserti təşkil olunacaq

07 Sentyabr 2010 [11:28] - MİLLİ.AZ
Heydər Əliyev Sarayında sentyabr ayının 28-də Əməkdar artist Aybəniz Haşımovanın təşkilatçılığı ilə “Gənc ifaçılara dəstək olaq” adlı konsert keçiriləcək.
Əməkdar artistin Milli.Az xəbər portalına verdiyi məlumata görə, ona bu təklif məhz saray tərəfindən edilib: “Heydər Əliyev Sarayı tərəfindən ayda bir dəfə gənc istedadların silsilə konsertlərini təşkil etmək təklifi aldım. Mən də yaradıcılığımın bir hissəsini pedaqoji fəaliyyətə həsr etmiş sənətkar kimi bu layihəyə canla-başla razılıq verdim".

Müğənni konsertdə çıxış edəcək isdedadlı gənclərin, eləcə də repertuarın seçilməsində birbaşa özü iştirak edib. A. Haşımovanın sözlərinə görə, layihədə yalnız peşəkar ifalar, musiqilər yer alacaq.

"Siz hansı gənc müğənniləri dəvət etdiyimi görsəniz, şok olacaqsınız. Ola bilsin, bu layihədə təqdim edəcəyimiz gənclərin adları tamaşaçıya çox şey deməsin. Amma əminəm ki, özünə güvənən, gecə-gündüz efirlərdən düşməyən bir çox populyar müğənnilər onlardan çox şey öyrənməlidirlər”, deyə əməkdar artist qeyd edib.

Aybəniz Haşımova “Gənc istedadlara dəstək olaq” layihəsinin eyni zamanda musiqi rəhbəri və aparıcısıdır. Müğənninin sözlərinə görə, artıq əsas məşlər bitib, son məşqlər gedir.

Qeyd edək ki, konsertdə Tural Salmanov, Aygün İsmayılova, Azad Şabanov, Çingiz Mustafayev, Aida Əliyeva, Mirkamil Kamilov, Mehin Hümbətova, Müşviq Əliyev, Səbinə Ərəbli, İlham Nəcəfov, Ülviyyə Novruzova, Valeh İsrafilov, Kamil Cəfərov, Emil Bədəlov, Nicat Həsənov, Aytən Mehdiyeva, İlahə Vəliməmədova və Aynişan Quliyeva iştirak edəcəklər.

Layihənin özəlliklərindən biri də bütün ifaçıların konsertin əvvəlindən axırınadək səhnədə olmalarıdır.

Konserti Faiq Süleymanovun rəhbərliyi ilə “Xəzər” İnstrumental ansamblı müşayiət edəcək.

Fuad
Milli.Az
URL: http://www.milli.az/news/showbiz/20610.html

Səhvlər barədə məlumat vermək

Çap üçün versiya

Oxunub: 960

Dosta tövsiyə

  • Sizin A.S.A.:
  • Sizin E-mail ünvanınız:
  • Dostunuzun A.S.A.:
  • Dostunuzun E-mail ünvanı: