Ötən ay ANS telekanalının əməkdaşı Elçinlə ailə həyatı quran müğənni Xuraman Şuşalı toyundan 15 gün sonra şou-proqramlara gedərək yaradıcılıq işlərinin həlli üçün pul qazanmağa başalyıb. Onun qazanc dalına düşməyini həyat yoldaşının işdən uzaqlaşdırılması ilə əlaqələndirənlər var. Söz gəzir ki, həmin telekanalda rejissor vəzifəsində çalışan Elçin toylarının səhəri günü işindən azad edilib. Məsələyə Milli.Az xəbər portalında aydınlıq gətirən Xuraman Şuşalı həyat yoldaşının işi ilə vidalaşması xəbərini təsdiq etdi. Əlavə olaraq isə bunları dedi:
«Elçin telekanalın rəhbərliyinin qərarı ilə deyil, öz ərizəsi ilə işdən uzaqlaşıb. Bu, toydan bir gün sonra yox, bir neçə gün əvvəl baş verib. İşində heç bir insident olmayıb. Sadəcə, biz belə bir qərara gəldik ki, o, mənim bir sıra efir layihələrimin başına keçsin. Həmçinin klip çəkilişlərimi də artıq həyat yoldaşıma həvalə etmişəm. Elçin mənimlə yanaşı bir sıra müğənnilərin də kliplərini çəkmək üçün çalışacaq. Bu səbəbdən də onun telekanalda işləməyə əlavə vaxtı qalmır» - deyə müğənni bildirdi.
Xuraman söylədi ki, köhnə iş yeri ilə yanaşı, digər telekanallardan Elçinə yeni əməkdaşlıq təklif edilsə də, o, vaxt darlığını nəzərə alaraq, hələlik qəti qərarını verməyib.
XədicəMilli.Az
Foto Milli.Az