Bank of Baku: BOLKART-la AL, BALA-BALA ödə! Azərbaycan Beynəlxalq Bankının xəbərləri

Milli.Az / Şou-biznes

Rəqsanə ictimaiyyət arasına sentyabrın sonu çıxacaq

08 Sentyabr 2010 [18:02] - MİLLİ.AZ
Evə köçürülən müğənninin sarğıları hələ açılmayıb.
Bir neçə gün əvvəl yerli klinikaların birində üzündən plastik əməliyyat keçirən tanınmış müğənni Rəqsanə ötən gün axşam saatlarında evə buraxılıb. Uzun sürən əməliyyatın tərsirindən özünü halsız hiss edən sənətçi yataq şəraitindədir.

Müğənninin prodüseri Təranə Səmədovanın Milli.Az xəbər portalına bildirdiyinə görə, danışıq qabiliyyəti normal olan Rəqsanənin üzündəki sarğılar hələ açılmayıb:
«Sarğıların yaxın 2-3 günə açılması planlaşdırılıb. Üzünün sağalma prosesi uzun sürməyəcək. Həkiminin dedyinə görə, sentyabrın sonlarında Rəqsanə ictimaiyyət arasına çıxa bilər. Bildiyiniz kimi həmin ərəfədə onun konsert layihəsi gözlənilir. Biz ictimaiyyətlə görüşü konsert vaxtına müəyyən etmişik».

Qeyd edək ki, əməliyyat vaxtı müğənninin səhhətinin pisləşməsi xəbərini onun piarı kimi qiymətləndirənlər də oldu. Lakin T.Səmədova bu fikirlə razılaşmadı:

«Əməliyyat gözləniləndən də ağır və uzun çəkdi. Rəqsanə 6 saat cərrahiyyə otağında qalıb. Sonradan isə üzü «oslojneniya» verdi. Bu bizi bir qədər təşvişə salmışdı. Amma həkimlərin vaxtında müdaxiləsi probelmi aradan qaldırdı. Həkiminin fikrincə, bu əməliyyatdan sonra Rəqsanə üzündəki kiçik məsamələrdən tamamilə azad olmalıdır».

Sonda prodüserdən əməliyyat üçün sərf olunan məbləği soruşanda o, yüksək vəsait xərclənmədiyini bildirdi. Söylədi ki, həkim tanış insan olduğundan klinikada Rəqsanəyə müəyyən güzəştlər edilib.  

Xədicə
Milli.Az
URL: http://www.milli.az/news/showbiz/20774.html

Səhvlər barədə məlumat vermək

Çap üçün versiya

Oxunub: 1246

Dosta tövsiyə

  • Sizin A.S.A.:
  • Sizin E-mail ünvanınız:
  • Dostunuzun A.S.A.:
  • Dostunuzun E-mail ünvanı: