Bank of Baku: BOLKART-la AL, BALA-BALA ödə! Azərbaycan Beynəlxalq Bankının xəbərləri

Milli.Az / Şou-biznes

Heydər Əliyev Sarayında yeni mövsümün açılış konsertində nələr oldu?

09 Sentyabr 2010 [12:56] - MİLLİ.AZ
Heydər Əliyev Sarayı yeni konsert mövsümünü Ramazan bayramına həsr olunmuş “Bakının payız günləri” adlı geniş konsert proqramı ilə açıb.
Milli.Az xəbər portalının məlumatına görə, konsert proqramında Azərbaycan Dövlət Pantomima Teatrının yaradıcı heyəti, “Rast”, “Dəyirman” qrupları, musiqi kollektivləri, həmçinin populyar müğənnilərdən İzzət Bağırov, Lalə Məmmədova, Nadir Qafarzadə, Sevda Yəhyayeva, Emil Bədəlov, Məryəm Şabanova, İlahə İbadova, reper Dado və başqaları var idi.

Deyilən vaxtdan 40 dəqiqə gec başlayan konsert proqramının aparıcısı Murad Arif idi. Gecədə bir sıra maraqlı hadisələr gözümüzdən yayınmadı. Belə ki, yeni mövsümün açılış hissəsi hər hansı bir xalq artistinə deyil, meyxanaçı Vahid Qədimə həvalə olundu. O, öz “Vəfası var, yoxsa yox” meyxanası ilə yeni mövsümü açıq elan edib tamaşaçıların könlünə oxşadı.

Gecənin davamında səhnəyə çıxan Emil Bədəlov tamaşaçılara qarşı biganəlik nümayiş etdirdi. Onun mahnı ifa etdiyi zaman bütün fikrini tamaşaçıya deyil, səhnədə gəzməyinə yönəltdiyi də açıq aşkar hiss olunur. Müğənni sanki səhnədə deyil, gəzintidə idi.

Qeyd edək ki, yeni mövsümün açılışında Respublikanın xalq artistləri gözümüzə dəymədi.

Yenilik isə ondan ibarət idi ki, bu tədbirdə ilk dəfə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə alınmış Azərbaycanda analoqu olmayan yeni LED ekrandan istifadə olunmuşdu. Avropadan xüsusi sifarişlə gətirilən yeni ekran elə ilk konsertdəcə tamaşaçıların zövqünü oxşayırdı.

Türkan
Milli.Az
URL: http://www.milli.az/news/showbiz/20800.html

Səhvlər barədə məlumat vermək

Çap üçün versiya

Oxunub: 1633

Dosta tövsiyə

  • Sizin A.S.A.:
  • Sizin E-mail ünvanınız:
  • Dostunuzun A.S.A.:
  • Dostunuzun E-mail ünvanı: