Yollarda yol polisinin mülki operatorları işləyir...
Avtomobil yollarında radarların harada və necə quraşdırlması tez-tez geniş müzakirə mövszusuna çevrilir. Milli.Az xəbər portalına oxuculardan birinin unvanladığı məktubda da bu mövzu bir daha qabardılıb.
Məlumatda deyilir ki, Ucar - Bakı yolunda kanalın üstündəki körpü üzərində gizli radar quraşdırılıb. Radarın quraşdırıldığı körpünün altında isə bir nəfər mülki şəxs əlindəki cihazla məlumatı harasa ötürür. Həmin şəxsin polis və ya qeyri-polis olduğu bilinmir. Oxucu həmin şəkilləri Milli.Az xəbər portalına göndərib.
Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Yol-Patrul Xidməti şöbəsinin rəisi
Ərəstun Məcidov Milli.Az xəbər portalına açıqlamasında bildirirdi ki, həmin şəxs DYPİ-nin operatorudur. Şöbə rəisinin sözlərinə görə, DYPİ-də operator ştatı ayrılıb və həmin operatorlarla əmək müqaviləsi bağlanıb. Operatorlar müvafiq yerlərdə yerləşdirilir, qeydə alınan məlumatı yaxınlıqdakı polis postlarına çatdırır.
Həmin şəxsin mülki geyimdə olması məsələsinə aydınlıq gətirən şöbə rəisi bildiridi ki, həmin opratorlar müliki şəxs olduğundan polis formasında olmurlar.
Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi
Kamran Əliyev də Milli.Az xəbər portalına bildirirdi ki, DYPİ-nin mülki operatorları var. Ancaq Bakı-Ucar yolunda bu tip radarların olub-olmamasını araşdrmaq lazımdır.
Anar MəmmədovMilli.Az