Sakinlər problemin nə vaxt həll olunacağını səbirsizliklə gözləyirlər...
Paytaxtın su problemi ətraf qəsəbələrlə yanaşı, mərkəzi ünvanlarda da aktualdır. Nəsimi rayonunun
Yusif Vəzir Çəmənzəminli və
Novruzov qardaşları küçələrində yaşayan sakinlərin Milli.Az xəbər portalına ünvanladıqları məktubda bildirilir ki, onlar artıq üç aydan artqıqdır susuz qalıblar. Sakinlər aidiyyəti orqanlara vəziyyətləri barədə məlumat versələr də, dərdlərinə əlac edən tapılmır. İsti yay günlərində suyun olamaması sakinləri su tapmaq üçün əllərində vedrə küçələrə düşməyə vadar edib.
Nəsimi rayonu Su İdarəsinin mühəndisi
Arzuman Orucəliyev Milli.Az xəbər portalına açıqlamasında sakinlərin şikayəti ilə razılaşmadı. Mühəndisin sözlərinə görə, Y.V.Çəmənzəminli və Novruzov qardaşları küçələrində üç ay müddətində suyun verilməməsi yalandır. “Həmin küçələrdə su problemi var. Lakin bu, sırf yay fəsli ilə əlaqədar tələbatın artması ilə bağlıdır. Ümid edirik ki, sentyabrdan sonra sakinlərin su problemi olmayacaq” - deyə A.Orucəliyev əlavə etdi.
Anar MəmmədovMilli.Az