Bank of Baku: BOLKART-la AL, BALA-BALA ödə! Azərbaycan Beynəlxalq Bankının xəbərləri

Milli.Az / Cəmiyyət

Tərtərdə erməni təxribat qrupu ilə atışma: itki var - YENİLƏNİB

01 Sentyabr 2010 [11:07] - MİLLİ.AZ
11:07

Dünən saat 16.30-da Ermənistan silahlı bölmələrinin təxribat qrupu Tərtər rayonunun Çaylı kəndi istiqamətindəki qoşunların təmas xəttini keçərək Azərbaycan Silahlı Qüvvələrinə qarşı hücuma cəhd ediblər.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən Milli.Az-a verilən xəbərə görə, bu zaman şiddətli atışmalar baş verib. Azərbaycan əsgərinin güclü müqaviməti nəticəsində düşmən 3 itki və bir neçə yaralı verərək geri oturdulub.

Döyüş zamanı Azərbaycan Ordusunun 2 əsgəri - Əmirov Vüqar Əmirəli oğlu (1991 İmişli RHK aprel 2009) və Abdullayev Pərvin Nəbi oğlu (1991 Sabirabad RHK aprel 2009) qəhrəmancasına şəhid olublar.   

Milli.Az

__________________

00:04

Ermənistan Silahlı Qüvvələrinin bölmələri çərşənbə axşamı atəşkəs rejimini pozaraq Tərtər rayonunun Çaylı kəndi istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücum etməyə cəhd edib.

Trend-in bölgə müxbirinin məlumatına görə, Azərbaycan qoşunlarının hücumun qarşısını alması nəticəsində erməni tərəfi bir neçə itki verib.

Ermənistan KİV-lərin məlumatına görə, döyüş nəticəsində bir erməni əsgəri yaralanıb. Azərbaycan Müdafiə Nazirliyindən bu insidenti dəqiqləşdirmək mümkün olmayıb.

Milli.Az

URL: http://www.milli.az/news/society/20136.html

Səhvlər barədə məlumat vermək

Çap üçün versiya

Oxunub: 4707

Dosta tövsiyə

  • Sizin A.S.A.:
  • Sizin E-mail ünvanınız:
  • Dostunuzun A.S.A.:
  • Dostunuzun E-mail ünvanı: